Kadırovun xəstəliyi də, varisi də bəllidir

Kadırovun xəstəliyi də, varisi də bəllidirMədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?
Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. Musavat.com xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərinin xəstəliyi və onun mümkün varisi haqda geniş araşdırma dərc edib.

İddia olunur ki, həkimlər hələ 2019-cu ildə Kadırova mədəaltı vəzin xərçəngi- pankreas nekrozu diaqnozu qoyub.

O zamandən bəri Kadırov "müvəqqəti əmək qabiliyyətinin itirilməsi" səbəbindən tez-tez məzuniyyətə getməyə məcbur olub. Ramzan Kadırovun tez bir zamanda arıqlaması nəzərdən qaçmayıb. Bunun yaxşı balanslaşdırılmış pəhrizin nəticəsi olması ehtimalına kimsə inanmayıb. Bildirilir ki, aktiv şəkildə inkişaf edən pankreas nekrozunun ilk simptomu məhz kəskin çəki itkisidir, bu son dərəcə ciddi, ağrılı və müalicəsi çətin olan xəstəlikdir.

Məhz bu səbəbdən 2019-cu ildən Kadırov Rusiya Prezidentinin Mərkəzi Klinik Xəstəxanasında ildə ən azı iki dəfə müntəzəm müalicə, o cümlədən cərrahi əməliyyat keçirib. 2020-ci ilin yayında Çeçenistan rəhbəri koronavirusa yoluxması Kreml həkimlərinin inkişafını dayandırmağa çalışdığı əsas xəstəlikdən əlavə səhhətində ciddi problemlər yaradıb. 2022-ci ilin yazında Kadırovun səhhəti sürətlə pisləşməyə başlayıb. Bu dəfə isə onun sifətində şişkilər olması diqqət çəkdi ki, bu da həm böyrək çatışmazlığı, həm də əsas xəstəliyin fəsad yaratdığı ağciyərlərdə mayenin yıgılmasının nəticəsi olduğu iddia edildi. Beləliklə, Kadırıvun qarının forması dəyişməyə başladı, onda nəfəs darlığı yarandı, çətinliklə danışdı, yavaş-yavaş yeridi və çeçen iqlimi üçün çox isti geyindi.

Putinin 2023-cü ilin fevralında Federal Məclisə müraciətində Kadırovun gözə dəyməməsi şayiələrə səbəb oldu. Amma gərgin iş qrafikini maniyaya çevrilmiş Kadırov hələ də səhhətinin normal olduğunu sübut etmək üçün yenə gərgin iş qrafikinə keçir. Nəticədə səhhətində böhran baş verdi və dəqiqləşdirilməmiş məlumata görə, Kadırov komaya belə düşüb. Kadırov faktoru əlbəttə ki, Çeçenistan üçün mühümdür. Amma xəstəlik artıq Kadırovun əvvəlki kimi enerjili rəhbər olmağa imkan vermir. O səbəbdən Kreml Kadırovun yerinə varis axtarışındadır.

Nəşr yazır ki, Kadırovun yerinə ən şanslı namizəd Apti Alaudinovdur. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında "Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə" həlak olublar. Alaudinovun sözlərinə görə, onun 20 qohumu Çeçenistan müharibələrində həlak olub.

Qeyd edək ki, Ramzan Kadırovun atası Axmat Kadırov birinci Çeçen müharibəsi zamanı respublikada Çeçenistanın müstəqilliyi uğrunda silahlı mübarizənin ən məşhur tərəfdarlarından biri olub. Gənc Ramzan Kadırov Şamil Basayevin pərəstişkarı idi, baxmayaraq ki, nə özü, nə qardaşı o vaxt əlinə silah alıb döyüşməyib. Yəni birinci çeçen kampaniyası zamanı Alaudinovlar və Kadırovlar prinsipcə, barrikadaların əks tərəfində olublar.

İkinci Çeçen münaqişəsi zamanı Apti Alaudinov Rusiyanı dəstəklədi, əvvəl rayonlaerın birində prokuror köməkçisi, sonra isə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə məşğul olduğu Daxili İşlər Nazirliyində işə düşəldi. Ramzan respublikanın rəhbəri olanda (2007-ci ildə) Aptiyə təşəkkür etdi. Cəmi dörd ildən sonra Alaudinov DİN-də nazir müavini vəzifəsinə qədər yüksəldi və Rusiyanın ən gənc polis generalı oldu.

Martın 17-də isə Ramzan Kadırov uzun illərdən sonra ilk dəfə gözlənilmədən Apti Alaudinovla birgə fotosunu dərc etdi və onu aşağıdakı şərhlə müşayiət etdi: "Çeçenistan Respublikası rəhbərinin güc bloku üzrə köməkçisi, mənim qardaşım Apti Alaudinov. Çeçenistan Respublikasından olan minlərlə könüllünün başında Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatda iştirak etmək üçün göndərilir".

ci ilin yayın ortalarında Kadırovun güc strukturunun bütün nüvəsi Ukraynadı "müqəddəs müharibədən" evə qayıtdı. Onların hamısı mükafatlara layiq görüldü. Adam Delimxanov Rusiya Qəhrəmanı oldu, Danil Martınov Rusiya fövqəladə hallar nazirinin müşaviri, Apti Alaudinov isə respublika Təhlükəsizlik Şurasının katibi təyin edildi.

İki aydan sonra Alaudinov yenidən Ukraynaya getdi və "Axmat" könüllülərinin xüsusi təyinatlı dəstəsinin ömürlük komandiri təyin edildi. 2009-cu ilin martında Alaudinov Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin rəisi təyin edildi və həmin ilin aprelində Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin kriminal polisi rəisinin müavini oldu.

Rusiya Prezidentinin 13 iyun 2011-ci il tarixli fərmanı ilə Aptı Alaudinov Çeçenistan Respublikası daxili işlər nazirinin müavini - polis rəisi vəzifəsinə təyin edildi. Sonradan Alaudinova polis general-mayoru rütbəsi verildi.

Çeçenistan rəhbəri Ramzan Kadırov "Luqansk Xalq Respublikasının" azad edilməsində fəal iştirakına görə Rusiya Qəhrəmanı ulduzunu Aptı Alaudinova təqdim edib. 2024-cü ilin aprelində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini təyin edilib.

Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4134   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Modi istefa verməyəcək

"Hindistanın baş naziri Narendra Modi 2025-ci ildə 75 yaşı tamam olduqdan sonra istefa verməyəcək". Bunu respublikanın cənubunda yerləşən Heydərabadda keçirdiyi mətbuat konfransında ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Amit Şah deyib. "Modini əvəz etməyə ehtiyacımız yoxdur. Onun dəyişdirilməyəcəy

12 may
.

Çörək sexində atışma: Ölən var

Türkiyənin Bingöl şəhərində atışma olub. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Hadsisə Kültür küçəsindəki çörək sexində qeydə alınıb. Şəxsiyyəti hələ müəyyənləşdirilməyən şəxs bir nəfərə iki dəfə atəş açaraq ərazidən uzalaqlaşıb. Yaralı xəstəxanaya aparılsa da, orada ölüb. Faktl

10 may
.

İranda hər altı saatda bir məhbus edam edilir

İranda hər gün orta hesabla dörd məhbus dar ağacından asılır, bu isə o deməkdir ki, hər altı saatda bir məhbus edam olunur. Bu barədə "Azad İran" "Telegram" kanalı İran İnsan Haqları Monitorinq Mərkəzinə istinadla xəbər verib. Bildirilir ki, 2024-cü il may ayının ilk ongünlüyünd

12 may
.

"Google"da bu təhlükəli ifadələri axtarışa verməyin

Bəzən "Google"dan istifadə pul itirməyinizə, şəxsi məlumatlarınızı fırıldaqçılara məruz qoymağınıza və başqa yollarla özünüzü riskə atmağınıza səbəb ola bilər. xəbər verir ki, hakerlər məşhur "Google" axtarışlarından istifadə edərək insanları aldadaraq şəxsi məlumatlarını üzə çıxar

10 may
.

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Ermənistanda Alyans Partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb. Bu barədə bloqer Vardan Qukasyan sosial şəbəkələrdə məlumat verib. "Bir neçə saat əvvəl Urixanyan Rusiyada həbs edilib, ona qarşı Ermənistanda hökumət əleyhinə çağırışlar səsləndirdiyin

11 may
.

"Gözəllik Kraliçası" titulundan imtina etdi, səbəb isə..

ABŞ-də 24 yaşlı Noelia Voigt "2023 Gözəllik Kraliçası" titulundan imtina edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən ilin sentyabrında yarışmada birinci olan N.Voigt "Miss USA 2023" titulundan imtina etməyin çox çətin olduğunu bildirib. O, psixi sağlamlığının bütün prose

10 may
.

Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək

Gürcüstanın xarici siyasətində yeganə yol və əsas prioritet Avropa İttifaqına (Aİ) daxil olmaqdır. "Report" "Sputnik-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze bildirib. "Təbii ki, bizim yolumuz yalnız Avropa İttifaqı istiqamətindədir v

12 may
.

Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb

Ermənistan polisi Eçmiədzində (Üçkilsə) silah-ursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzinə səfə

11 may
.

Ata qızının sevgilisini öldürdü: " Qızıma "məndən ayrılsan, səni rüsvay edəcəm" demişdi"

Türkiyənin Adana şəhərində qızının keçmiş sevgilisinə əsəbiləşən ata onu ov tüfəngi ilə onu güllələyib. xarici mediya istinadən xəbər verir ki, ata məhkəmə zamanı qızının sevgilisi tərəfindən 'Məndən ayrılsan, səni rüsvay edəcəm' deyərək hədələdiyini bildirib. Ata ifadəsində "Bizi söyü

10 may