TƏHMİNƏnin səsi: "Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum..."

TƏHMİNƏnin səsi: "Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...""Kinostudiyada işlədiyim müddətdə mənim Rasim Ocaqovla yaradıcılıq tandemim yaranmışdı. "Ölsəm bağışla" filmində baş qəhrəmanı, daha sonra bir filmində rus aktrisasını səsləndirmişdim. "Təhminə" filmi həyatımda ikinci bir ajetioaj, səs-küy yaratdı. Rasim Ocaqov Təhminəni səsləndirməyə məni özü dəvət etdi. Biz işləməyə başlayanda mənə xəbərdarlıq etdi ki, bax burada elə səhnələr var ki, özünü itirmə, söyüş söyməlisən, bu roldur, bunu demək lazımdır, etməlisən. Səsləndirmə vaxtı otaqda kollektivin üzvlərindən az sayda adam var idi. O hər şeyi nəzərə almışdı ki, mən utanıb çəkinməyim. Heç kimi görmədən, heç kimə baxmadan sadəcə ekrana baxıb o səsləndirməni etmişəm"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra bildirib ki, uzun müddət tamaşaçılar bu səsin kimə məxsus olduğunu bilməyib.
"Uzun müddət heç kim bilmirdi ki, Meral Konratı kim səsləndirib? Mən də buna çox sakit, səsləndirdiyim filmlərdən biri kimi yanaşmışam. Amma sonra "Burç fm" radiosuna məni dəvət etdilər. Aparıcı Zaur Kamal idi. Arada fasilələrdə anons verirdi ki, çox maraqlı açıqlamalar olacaq, bizdən ayrılmayın. Mən də fikir vermirdim ki, nədən danışır. Birdən-birə dedi ki, bu gün biz bir sirrin üstünü açacağıq. Növbəti anons vaxtı dedi ki, Təhminə rolunu səsləndirən Nəcibə xanım qonağımızdır. Mən efir vaxtı şoka düşdüm ki, bu necə bilir? Mən hələ də bilmirəm ki, o bu xəbəri hardan öyrənmişdi? Bunu radioda elan edəndən sonra kim verilişə qulaq asmışdısa hamı bildi. Amma indiyə qədər bilməyənlər də var" deyə aktrisa bildirib.

Nəcibə Hüseynova bildirib ki, bir çox səbəblərdən çəkilən filmləri yenidən səsləndirmə imkanı yaranır.
"Filmin müəllifi rejissordur. Çünki o tam filmi bilir. Və bilir ki, istəyi nədir? Həmin aktrisanın qarşısına hansı məqsəd qoymuşdu?! Bəlkə həmin aktrisa hansısa epizodda onun öhdəsindən gəlməyib. Biz onu intonasiya ilə səsləndirmədə düzəldirik. Aşırı dərəcədə olanda biz onu yumşaldırıq. Yaxud da bəzən kiminsə işi çıxır, ölkədə olmur. Ona görə həmin aktrisanı biz səsləndiririk" deyə o bildirib.
TƏHMİNƏnin səsi: "Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum..."TƏHMİNƏnin səsi: "Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 658   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sərhədçilərimiz azad edilən kəndlərə yerləşəcək – Tarix açıqlandı

Yaxın 9 gün ərzində Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək. APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökuməti məlumat yayıb

16 may
.

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Ərazi hasara alınıb, sakinlərə evlərinin plana düşdüyü deyilir, ancaq 12 ildir ki, gözləyirlər. Kadrlar paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəndir. Sakinlərin sözlərinə görə, bu yaşayış ərazisi 2012-ci ildən hasara alınıb. 20 ailə həmin vaxtdan evlərinin söküləcəyi günü gözləyir. Onlar deyi

16 may
.

"Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasın

16 may
.

Bu ərazidə çirkab sular dənizə axıdılır: "40 ildir bu iy var" - VİDEO

Artıq bir neçə ildir bahar fəslində təbiət sanki insanları sınağa çəkir. Bir qəsəbə var ki, deyilənlərə görə 40 ildir Bahar gəlmir. Xəzərə axıdılan tullantı sularına laqeyd qala bilməyən Bahar qəsəbəsinin sakinləri problem həll olsun deyirlər. Axan suyun tərkibi bilinməsə də, görüntü hər şeyi izah edir

15 may
.

"Karta səhvən gələn pulu xərcləsək NƏ OLAR? - VİDEO

"Kartıma 4 min manat pul gəlib. Kimdən gəldiyini bilmədiyim üçün geri göndərə bilmirəm". Bu sözlər bir vətəndaşın"Facebook" hesabındaki paylaşımında qeyd olunub. Postda bildirib ki, kartına gələn pulu qaytarmaq üçün banka müraciət etsə də, pulu göndərən şəxs özü müraciət etmədən məluma

16 may
.

Tehran metrosunda dəhşət: "Repressiv qüvvələr gənci güllələdilər" - VİDEO

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb. Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb. Məlumata görə

16 may
.

Bu evlərə "kupça" verilməyəcək

Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətə

16 may
.

Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrinin Akkreditasiyas

16 may
.

Putin "Avroviziya"ya alternativ TƏKLİF ETDİ - Adı belə olacaq

"Moskva Pekinlə mədəniyyət sahəsində əməkdaşlığın innovativ formalarının inkişafına, o cümlədən "İntervision" Beynəlxalq Populyar Musiqi Müsabiqəsinin keçirilməsinə kömək edəcək. xəbər verir ki, bu bəyanat Çinin "Sinxua" agentliyinə müsahibəsində Rusiya Prezidenti Vladimir Puti

15 may