"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA

"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMABu gün terror təşkilatlarına qarşı mübarizə təkcə döyüş meydanında deyil, həm də çoxşaxəli şəkildə aparılmalıdır. İnsan həyatını asanlaşdırmaq, ünsiyyət mühitini yaxşılaşdırmaq və genişləndirmək üçün ortaya çıxan yeni ünsiyyət vasitələrindən biri olan sosial media dövlətlərlə terror təşkilatları arasında yeni mübarizə sahəsi kimi qarşıya çıxır. Yaşadığımız dövrdə insanlar hər gün sosial mediadan aktiv şəkildə istifadə etməyə başlayıblar. Bu vəziyyət fərdlərin ünsiyyət vərdişlərini də dəyişib.Onsuzda sosial şəbəkələr arasında ən çox narazılıq edilən platforma "TikTok"dur. Çoxlu sayda insanın "TikTok"dan istifadə etməsi və ona nəzarət etməkdə çətinliyin olması terror təşkilatları tərəfindən bir fürsət olaraq görülür və təbliğat məqsədilə fəal şəkildə istifadə edilir.

Azərbaycanın "TikTok" platformasında terror qruplaşmaları yardım adı altında kampaniya başladıb. Bildiyimiz kimi, uzun müddətdir İsrail-Fələstin müharibəsi davam edir. Qəzzalılara yardım adı altında bu şəxslər vətəndaşlardan aldıqları vəsait ilə fəaliyyətlərini davam etdirməyə və özlərini maliyyələşdirməyə çalışırlar. Bu kampaniya və təbliğatların qarışısını almaq məqsədilə hansı addımlar atılır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev deyib ki, bu məsələ həqiqətən ən aktual problemlərdən biridir və bununla bağlı əhaliyə geniş maarifləndirmə xarakterli məlumatlar verilməlidir:
"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA"Cinayət Məcəlləsində terrorçuluq, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aiddir. Terrorçuluq xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Burada ictimai təhlükəsizliyi pozma, əhali arasında vahimə yaradılır. Dövlət və hakimiyyət orqanları, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qərarın onların xeyirinə qərar verilməsinə səy göstərilir. Ona görə bu cinayətləri törədənlərə kim yardım edirsə, maddi yardım göstərirsə, əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaiti və digər əmlaklar dolayısı yolla göndərilirsə, bunlar Cinayət Məcəlləsinin 214 - 1 maddəsi ilə cəlb olunurlar. Bu insanlar "TikTok"da belə hallara yol verirlərsə məsuliyyətdən yayınmırlar".

Şəmsəddin Əliyevin sözlərinə görə, həmin şəxslər könüllü olaraq müvafiq orqanlara etdiyi hərəkətlər ilə bağlı peşmançılığını bildirir və bununla əlaqədar müraciət edirlərsə, onların işlərində başqa cinayət tərkibli əməlləri yoxdursa, həmin şəxslər məsuliyyətdən azad oluna bilərlər:

"Cinayət Məcəlləsinin bu maddəsində nəzərdə tutulan və həmin əməli törədən şəxslər hakimiyyət orqanlarına vaxtında xəbər verməlidir. Belə hallar kütləvi informasiya vasitələrində bu şəkildə yayılırsa, bu da terrorçuluğa açıq şəkildə çağırışdır. Əgər həmin qruplaşmalara kömək adı altında maddi dəstək göstərirlərsə, terrorçuluq cinayətində nəzərdə tutulan əməllərin törədilməsinə açıq çağırış kimi qiymətləndirmək mümkündür. Ona görə də belə insanlar bu kimi hallara inanmamalı və yayınmalıdırlar. Çünki bu məlumatlar cəmiyyət arasında vahimə yaradır. Ona görə bunların baş verməməsi üçün həmin şəxslər zərərsizləşdirilməli və ictimai təhlükəsizliyin təmin olunmasına yönələn addımlar gücləndirilməlidir".

Əlbəttə ki, günümüzdə şəxslərin, xüsusilə gənclərin bu tip radikal qruplaşmalara qatılmasını sosial şəbəkələr ilə əlaqələndiririk. Əlbəttə ki, bu platformaların gənclər üzərində böyük bir payı var. Radikal qruplaşmalara qatılması şəxsin özünün iradəsindən də asılıdır. Müəyyən araşdırmalar onu göstərir ki, həmin radikal qruplaşmalara meyl edən insanlarda ailə faktoru və sosial mühitində bir xeyli rolu var.

Bəs bütün bunları nəzərə alsaq, hansı psixologiyada olan insanlar radikal qruplaşmanın qurbanı olur? Psixoloq Fərqanə Mehmanqızı saytımıza öz fikirlərini bölüşüb:
"TikTok"da terror KAMPANİYASI : Kimlər bu qruplaşmanın QURBANI OLUR? - ARAŞDIRMA"Psixoloji həssas olan insanlar ən çox radikal qruplaşmaların qurbanı olur. Çünki onların özlərini təsdiq etməyə ehtiyacı var. Ailədə və cəmiyyətdə özlərini təsdiq edə bilməyən insanlar psixoloji baxımdan həssas olurlar və həmin qruplaşmalarda özlərini güclü hiss edirlər. Radikalların eşitmə və analitik qabiliyyətləri olmur. Ona görə də o qrupda özlərini təsdiq etməyə daha çox meyillənir. Belə ki, onlar eşitmirlər və ancaq ittiham edirlər. Bu gün radikal qruplaşmalar onlara qatılan insanlardan "maşa" kimi istifadə edirlər. Psixoloji baxımdan həssas olan, özünəinamı aşağı və diqqət - qayğı görməyən insanlar özlərini ictimai cəmiyyətdə və ailə daxilində özlərini təsdiq edə bilməyənlər bu kateqoriya daxildir".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 616   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Marketlərin açıq məhsulları : Üzərində milçəklər, ətrafında isə PİŞİKLƏR GƏZİR - VİDEO

Marketlərdə istifadə tarixi və tərkibi bəlli olmayan qısa məhsulları sağlamlığımız üçün nə qədər təhlükəlidir? Demək olar ki, bu məhsullardan hər birimiz diqqətsizlik ucbatından ən azı bir dəfə belə olsa istifadə etmişik. Bəs görəsən bu qidaların istifadəsi hansı rəsmi qurum tərəfindən təsdiqlənir? Çünk

14 may
.

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:. - Azərbayca

14 may
.

Qadını nişan üzüyünə görə ƏLƏ SALDILAR

Qadına brilianta bənzəyən, lakin qiyməti ucuz olan mozanitdən hazırlanmış nişan üzüyü verilib. xarici mənbəyə istinadən xəbər verir ki, "New York City" stilisti Kelsey Kotsur, xəyallarındakı mozanit nişan üzüyünü ala bildiyi üçün xoşbəxt olduğunu deyib. Görünü etibarilə almaza bənzəyən bu minera

14 may
.

Suriyada azərbaycanlılara təlimi kim keçir? - Nüfuzlu mərkəz şok hesabat yaydı

Demokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies ) tədqiqatçıları Eyal Hulata və Natalie Ekano "National Attendance"(ABŞ) və "Al-Arab" (Britaniya) nəşrlərində "Hüseyniyyun" terror qruplaşması haqda hesabat dərc edib. Hesabatda deyilir ki, İran Yaxı

14 may
.

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

Rusiya Avropanı vurmaq üçün uyğun anı gözləyir. -ın xarici mediaya istinadla xəbərinə görə, Avropanın xüsusi xidmət orqanlarından biri Rusiyanın 2025-ci ilin qışında Avropaya hücum edə biləcəyini irəli sürür. Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiyanın mümkün təcavüzü ABŞ-ın daimi lidersiz qaldığ

13 may
.

Onlayn dələduzların qurbanı: İsmayıllı sakini dörd min manatını itirdi - VİDEO

Onlayn dələduzların qurbanına çevrilən şəxslərin sayı artmaqda davam edir. -ın məlumatına görə, daha bir şəxs onlayn platformada dələduzluqla üzləşib. Hadisə İsmayıllı rayonunun Tircan kənd sakini Xəyal Əlizadənin başına gəlib. Şikayətçi bildirib ki, onu onlayn iş adı ilə aldadıb, daha sonra pulunu mənimsəyiblər

14 may
.

Ermənistanda vətəndaş itaətsizliyi aksiyası yenidən alovlandı: Saxlanılanlar var - YEBİLƏNİB + VİDEO

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Hələlik qeyri-rəsmi informasiyaya görə, bu gün saxlanılanların sayı 50 nəfərə yaxındır. 09:26. Bu gün səhər saatlarından etibarən Ermənistanda vətənda

14 may
.

Azərbaycanlı Leyla ilə avstriyalı Berndin ailəsi: İtmiş telefonla başlayan eşq hekayəsi

"Sən saydığını say, gör fələk nə sayır". Yəqin bu ifadəni çoxumuz eşitmişik. Leyla və Bernd cütlüyü üçün də bu ifadə tam yerinə düşür, deyə bilərik. Özünü inkişaf etdirmək üçün ali təhsil ardınca Avstriyaya gedən Leyla nə bilirdi ki, məhz qaldığı yataqxanada öz yarını tapacaq. Leyla düşünü

13 may
.

Deputat qadınları qınaq atəşinə tutdu: "Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!" (VİDEO)

"Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, bacımdır". Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Milli məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O, müasir cəmiyyətdə bəzi qadınların övladlarını düzgün böyütmə

14 may