Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİFBildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisdə Azərbaycanda bədəlli -yəni ödənişli əsaslarla hərbi xidmətin tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürüldü. O cümlədən Azərbaycanda hərbi çağırış yaşının 18-dən 20-ə qaldırılması ilə bağlı müzakirələr hər zaman aktual olub. Bu baxımdan Azərbaycanda hərbi çağırış yaşı 20-ə qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmmədli deyib ki, Azərbaycanda təkcə hərbi çağırış yaşının artırılması ilə bağlı deyil, ümumiyyətlə çağırışçıların son yaş həddinin endirilməsi ilə bağlı addımlar atılmalıdır:

"Belə ki, Azərbaycanda çağırışçıların son yaş həddi 35-dir. Hesab edirəm ki, bunun daha aşağı endirilməsi ilə bağlı işlər görülə bilər. Məsələn dünyanın bir çox ölkələrində maksimum hədd 30 yaşdır. Məsələn Rusiya və Ukrayna kimi müharibə aparan ölkələrdə yaş həddi 27-dir. Düşünürəm ki, bu yaş həddinin aşağı endirilməsi düzgün addım olar. Əslində bu vacibdir. 35 yaşda insan orada necə xidmət edə bilər? Həmin çağırışçını xidmətinin necə yararlı olacağına dair heç məlumat verə bilməz. Azərbaycanda hərbi çağırış yaşının 20-22-ə qaldırılması inandırıcı deyil. Bunun baş verməsi üçün əsaslandırmalar lazımdır. Hesab edirəm ki, bunları düşünmək lazımdır və birdən-birə verilə biləcək qərar deyil. Burada əsas məsələ son yaş həddinin endirilməsi ilə bağlı işlər görüləcək. Azərbaycan bu sahədə demək olar ki, digərlərindən çox geridə qalıb. Çünki 35 yaş həddi həddindən artıq çoxdur və bununla bağlı münasib işlər görülməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 901   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Bu ilin sonunadək Qubadlı rayonunun 2 kəndinə ilk köç nəzərdə tutulub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə

16 may
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16 may
.

"Dəmir Yolları" şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin satınalm

16 may
.

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətlər

16 may
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16 may
.

Azərbaycanda qaz bahalaşır? - AÇIQLAMA

Son olaraq 2021ci ildə Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpik hesabların. Hazırkı vəziyyətdə yaxın zamanlarda qazın qiymətin artım ola bilərmi? . Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. O bildib ki

16 may
.

Bakı metrosu TƏHLÜKƏ SAÇDI - YENİLƏNİB + VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı -a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyala

15 may
.

Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi

16 may
.

Ramiz Mehdiyevin kürəkəni YENƏ GÜNDƏM OLDU

Sahibkarla sabiq deputatın məhkəməsi növbəti dəfə təxirə düşdü. "Müsavat"a istinadən xəbər verir ki, mayın 15-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi davam etdirilməli idi. Lakin cavabdeh, Rami

16 may