Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildiLənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvəl həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O, bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.

İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə gecələməsi müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran Rayon Məhkəməsinin çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.

O, məhkəmə zalındaca həbs edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1351   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özünü ölü göstərən Rafət belə deşifrə olunubmuş

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə ələ keçməsi məlum olub. "Qafqazinfo" xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu üçün darıxdığından gizli şəkild

8 may
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may
.

Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: "Arvadı da bir neçə dəfə ona əl qaldırıb" - FOTO

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçini

24 aprel
.

Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi

Lənkəranda 2 ay əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qətlə yetirilməsi ilə bağlı 1 nəfər tutulub. xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, Lənkəran Rayon Prokurorluğu və Lənkəran Rayon polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində cari ilin mart ayınd

16 may
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

14 may
.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsı

13 may
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş. "Qafqazinfo" xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyat

15 may