"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMA

"Başkəndin strateji əhəmiyyətini Musabəyov və İsgəndərov kimi deputatlar bilə bilməz" - AÇIQLAMABu gün mətbuatda İTV-nin "Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirdiyinə dair məlumatlar yayılıb. Digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını deyir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Danışıqlar prosesinin getdiyi bir vaxtda hər iki deputat yersiz açıqlamaları ilə nə deməyə çalışır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, deputatların fikirləri onların öz şəxsi mülahizələridir. Başkənd bizim şəhərlərə doğru ən azı 15 km sərhədlərimizdən içəriyə doğru olan ərazidə yerləşir:

"Ərazisi xeyli böyükdür və Gədəbəyin içərisində olan anklavdir. Onun strateji əhəmiyyətini Musabəyov kimi deputatlar və ziyalılar bilə bilməz. Ona görə ki, onlar əsgər deyillər. Çox güman ki, heç həmin bölgədə olmayıblar. Bu baxımdan onlar yalnız təxəyyüllərindən çıxış edə bilərlər. Düşünmürəm ki, Azərbaycan tərəfi bu məsələlərdə Başkəndi Ermənistanə güzəştə gedər. Çünki əgər Başkənd ərazisi güzəştə gedilərsə, təqribən 15-16 km məsafə ermənilərə yol verməliyik. Hətta ermənilər orada yaşamasalar belə, yenə də həmin anklav geniş əraziyə malikdir. Başkənd bizim anklav olan kəndlərimizdən - Baganis-Ayrım, Xeyrimli, Bərxudarlı, Şərurun Kərki kəndi ilə nisbətdə daha böyük ərazisi var. Belə hal baş verərsə, gərək onlara koridor düzəldək. Bu zaman ərzində qorumaq üçün sərhədçilər yetişdirməliyik. Hətta bu zaman orada Ermənistan sərhədçiləridə olmalıdır. Buna Azərbaycan yol verə bilməz. Onsuzda Azərbaycan bu məsələni həll edəcək. Bu baxımdan Ermənistan üçündə həmin ərazidə kommunikasiya xətləri və mühəndis istehkam yerləri qurmaq çətindir. Ona görə də Azərbaycan tərəfi beynəlxalq qaydalara uyğun olaraq hər hansı bir ərazidə müəyyən irəli geriləməklə həmin Başkəndin Azərbaycan ərazisinə qatılmasını təmin edə biləcək".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 823   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yazıçı Ernest Heminquey intihar etməzdən əvvəl nə yeyib?

Məşhur Amerika yazıçısı Ernest Heminquey yemək bişirmək həvəsi ilə tanınırdı. Lent. az-ın xarici mediaya istinadən xəbərinə görə, "Qoca və dəniz", "Əlvida, silah" kimi əsərlərin müəllifi Ernest Heminquey intihar etməzdən əvvəl özünə şam yeməyi təşkil edib. 61 yaşına çatan Heminque

15 may
.

Azərbaycanda kurikulum təhsili LƏĞV OLUNUR? - AÇIQLAMA

Kurikulum təhsil sistemi daha çox fənyönümlü və ya şəxsiyyətyönümlü standartlarını özündə əks etdirir. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini özündə əks etdirir. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməs

15 may
.

Paytaxtın Fəvvarələr meydanında ofisiantlar bıçaqlanıblar

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb

15 may
.

"Ağ çiçəyim"in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir". Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib

16 may
.

"Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğın söndürülüb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasın

16 may
.

Təhsil ocağında dəhşətli QƏTL: Direktor müavinləri işə götürülərkən barələrində ARAŞDIRMA APARILSIN - TƏKLİF

Xəbər verdiyimiz kimi, mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində 55 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsevər İslamov orada mühafizəçi işləyən Natiq Mehdi Məhəmməd oğlunu öldürüb. Direktor müavini iş yoldaşını öldürəndən sonra Xəzər rayonu ərazisində basdırıb. Göründüy

16 may
.

Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ

"Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur". "Report" xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:. "Hadisə nəticəsində xəsarət ala

16 may
.

Bu evlərə "kupça" verilməyəcək

Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətə

16 may
.

Sülhməramlıları yolasalma mərasimindən möhtəşəm GÖRÜNTÜLƏR - VİDEO

Sülhməramlıların yolasalma mərasimindən yeni görüntülər yayılıb. xəbər verir ki, bu barədə görüntülər AZTV-də yayımlanıb. Kadrlarda Xocalıdakı gənclərin "yallı" rəqsini görmək mümkündür. Həmin görüntüləri təqdim edirik:

16 may