Musabəyovdan rüsvayçı AÇIQLAMA: "Deputatın lazım görülməyən bir məsələni aktuallaşdırması və gündəmə gətirməsi yersizdir" - ŞƏRH

Musabəyovdan rüsvayçı AÇIQLAMA: "Deputatın lazım görülməyən bir məsələni aktuallaşdırması və gündəmə gətirməsi yersizdir" - ŞƏRHXəbər verdiyimiz kimi, İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, deputat Rasim Musabəyovun dediyi fikir doğru deyil. Çünki burada Başkəndin hər hansı mübadiləsindən söhbət getmir. Digər tərəfdən Başkənd Azərbaycanın öz tarixi torpağıdır. SSRİ dövründə digər otlaq və əkin sahələri adı altında Ermənistana bağışlanan digər ərazilərimiz kimi, Başkənddə onlara verilib və sonradan erməni anklavına çevrilib. Burada sadəcə Kərki və Qazaxın 3 kəndi var ki, onlar anklav olan ərazilərdir:

"Onların qaytarılmasına qarşı Ermənistan Başkəndi istəyir. İndiki halda bu məsələ akryal deyil. Çünki bu anklavların qaytarılması üçün dəhlizlərin verilməsi lazımdır. Burada həmin dəhlizlərin təhlükəsizliyinin təmin edilməsi problemi var. Əgər dəhlizlər verilərsə, təhlükəsizliyin təminatı üçün üçüncü tərəflərin prosesdə iştirakı vacibdir. Bunu Azərbaycan və Ermənistan tərəfi istəmir. O cümlədən Qazax və Tavuş sərhədlərinin demarkasiyası göstərdi ki, erməni əhalisi buna etiraz edirlər. İndiki halda anklavlar məsələsi sonrakı dövrün müzakirə ediləcəyi məsələdir. Hətta sülh sazişi bağlandıqdan sonra sərhədlərin delimitasiyası məsələsi müzakirə edilə bilər. Bu uzunmüddətli prosesdir. Amma bununla belə Başkəndin Ermənistana veriləcəyini düşünmürəm. Ərazinin strateji əhəmiyyəti yüksəkdir. Başkəndi verilməsi hərbi baxımdan təhlükəsizlikdə ciddi problem yaradır. Bütün hallarda Azərbaycan qalıb tərəfdir və Ermənistana belə bir güzəşti etməyəcək. Azərbaycan eyni zamanda Kərkinin və Qazaxın 3 kəndinin geri qaytarılması ilə bağlı danışıqlardan imtina etməyəcək. Onların qaytarılmasının isə bir çox yolları var".

Asif Nərimanlının sözlərinə görə, sonrakı dövrdə əvəzinə buna qarşılıq olaraq Ermənistana iqtisadi dəstək və regional layihələrin qoşulması təklif edilə bilər:

"Yəni bu yollar tükənməyib. Amma bunun yolu ərazi mübadiləsi deyil. Əslində Almatı bəyannaməsinə baxdıqda Başkəndin verilməsi aktuallaşır. Amma bu məsələdə SSRİ dağılandan sonra mövcud olan xətlər üzrə müəyyənləşmə prinsipi əsas götürülməyəcək. Çox güman ki, Azərbaycan SSRİ dövründə ki, keçmiş xəritələri gündəmə gətirə bilər və Başkənd məsələsini arxa plana keçirəcək. Deputatların fikirlərindən görünür ki, onlar məsələnin mahiyyətini anlamırlar. Qanunvericilik orqanlarında təmsil olunan və həm də siyasətdə bilinən bir adamın, bu cür çıxış etməyi ən azından milli maraqlara uyğun gəlmir. Mövcud şəraitdə vəziyyətin doğru analiz edilmədiyi də aydın görünür. Ən azından indiki məqamda bu məsələni gündəmə gətirmək belə sual altındadır. Çünki Qazaxın 4 kəndi qaytarılıb. Digər 4 kəndin qaytarılması məsələsi sonrakı dövrün prosesidir və razılaşmada belə qeyd olunur. Daha mürəkkəb mövzuların olduğu halda və lazım görülməyən bir məsələnin aktuallaşdırılması, gündəmə gətirilməsi yersiz və bunu etməkləridə açığı bir qədər şübhə doğurur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1919   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya MN-in idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı

Rusiya Federasiyası Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun işində iştirak edən ikinci şəxs - Leva Martirosyan həbs edilib. Basmannı məhkəməsi onu iyulun 12-dək həbsdə saxlamaq barədə qərar verib. Martirosyan xüsusilə külli miqdarda rüşvət verməkdə ittiham olunur. Məhkəmənin mətbua

15 may
.

Azərbaycan-Ermənistan sərhədində yeni dirəklər yerləşdiriləcək

"Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yerləşdirəcəklər". "Report" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb. Qeyd olunub ki, Xeyrımlı kəndində bəzi koordinatlar kompüter vasitəsilə müəyyən edildiy

16 may
.

"İstəyirəm, maşın hədiyyə edən sevgilim olsun"

Aparıcı Zümrüd Bədəlova ona avtomonil hədiyyə edən sevgilisinin olmağını istədiyini deyib. xəbər verir ki, o, bu barədə "Könüllü danış" yutub layihəsində bəhs edib. "İlk avtomobilimi də, növbətini də, kreditlə almışam. İki avtomobilim olub, ikisini də özüm almışam. Amma çox istəyərdim

15 may
.

Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ

"Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur". "Report" xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:. "Hadisə nəticəsində xəsarət ala

16 may
.

Ağ çiçəyim" ilə yanaşı olan geyim mağazası da yanıb

Fövqəladə Hallar Nazirliyi "Ağ çiçəyim" gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 1450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəs

16 may
.

Sərhədçilərimiz azad edilən kəndlərə yerləşəcək – Tarix açıqlandı

Yaxın 9 gün ərzində Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək. APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökuməti məlumat yayıb

16 may
.

Yazıçı Ernest Heminquey intihar etməzdən əvvəl nə yeyib?

Məşhur Amerika yazıçısı Ernest Heminquey yemək bişirmək həvəsi ilə tanınırdı. Lent. az-ın xarici mediaya istinadən xəbərinə görə, "Qoca və dəniz", "Əlvida, silah" kimi əsərlərin müəllifi Ernest Heminquey intihar etməzdən əvvəl özünə şam yeməyi təşkil edib. 61 yaşına çatan Heminque

15 may
.

"Ağ çiçəyim"in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir". Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib

16 may
.

Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

1993-cü ildə yayımlanan "Yuranın Parkı" filminə baxıb, "Bu, həqiqətən də baş verə bilərmi? Dinozavrlar nə vaxtsa geri qayıda bilərmi?" deyə düşünmüsünüzmü? Elm adamları bu mövzuda müxtəlif açıqlamalar veriblər!. Dinozavrların aramıza qayıtması ideyası bəziləri üçün çox valehedic

16 may