ADNA terrorundan 15 il ötür

ADNA terrorundan 15 il ötürAzərbaycan Dövlət Neft Akademiyasında (ADNA) (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) törədilən terror hadisəsindən 15 il ötür.

Oxu.Az xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb.

Qədirov hadisə zamanı 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Sonra özünü də öldürüb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona külli miqdarda pul və silah verilib.

Mardun Qumaşyan barəsində həbsli axtarış elan edilərək "İnterpol"a verilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neft Akademiyasında törədilən kütləvi qətllə bağlı məhkəmə keçirilib. İşlə bağlı Cavidan Əmirov, Nadir Əliyev, Arif Qabulov və Nəcəf Süleymanov cəzalandırılıblar.

Onlardan Arif Qabulov 11 il müddətinə, digərləri isə ömürlük azadlıqdan məhrum ediliblər.

Terror zamanı həyatını itirən şəxslərin siyahısı:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)

2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)

3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)

5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)

6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)

7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)

8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)

9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)

10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)

11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)

12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Dəhşətli terror aktının məsum qurbanlarını rəhmətlə anırıq!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 282   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas

19 may
.

Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. icmalı təqdim edir

19 may
.

Zaur Nudirəliyevin həyat yoldaşı Nərimanov bələdiyyəsində işlə təmin edilib

"Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəs

20 may
.

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR: Vətəndaşlar təzminat ALA BİLƏR? - AÇIQLAMA

Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsu

20 may
.

Yeni rektor kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, iqtisad üzrə fəlsəfə doktoru olan 1979-cu il təvəllüdlü Ş.Bayramo

20 may
.

İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək

İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr

19 may
.

Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib

"Hər kəs xalqın xidmətçilərinin sağlığı üçün dua etməlidir. Əgər İran xalqı narahat olmazsa, o zaman ölkənin işində heç bir problem olmayacaq". Bunu İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xamenei İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəza enişi etməsi xəbərində

19 may
.

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlanıb. İqtisadiyyat.az xəbər verir ki, bunlar "ATTAS PR" Firması, "ATTAS" MMC, "ALYANS-3A" MMC və "ATTAS KONSALTİNQ" MMC-dir. Onların ilk üçü Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 40 ünvanında, sonuncu is

20 may
.

"Mehr" agentliyi İran Prezidenti ilə bağlı məlumatı SİLDİ

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib. Bu barədə TASS məlumat yayıb. Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahia

19 may