İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTO

İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTO2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTOLent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, martın 18-də borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən Elçin Camalov ikinci mərtəbədə yaşayan qardaşı Etibar Camalovun yanına qalxıb, bayram günü qaranlıqda qalmamalarını və işıq pulunu verməsi üçün ona köməklik etməsini deyib. Əlbəyaxa olduqları zaman Etibar başı ilə Elçinin alnına zərbə vurub.

Bundan sonra E.Camalov qaldığı evə düşüb və bu barədə anasına danışaraq, baş verənlərin günahını qardaşının arvadı Kəmalə Camalovada gördüyünü bildirib. Yoldaşının ünvanına nalayiq ifadələr işlətdiyinə görə Etibar onun yaşadığı evin qapısını açıb, üzünə və sinəsinə bıçaqla iki dəfə zərbə vurub. Bundan hiddətlənən Elçin qonaq otağındakı masanın üzərindən bıçağı götürüb qardaşının döş qəfəsinə və bədənin digər nahiyyələrinə ümumilikdə yeddi dəfə zərbə endirib. Bu hərəkəti ilə, Elçin Camalov qardaşını öldürüb.
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTOİş üzrə dindirilmiş Elçin Camalov bildirib ki, anası, bacısı və qardaşı Elbrusla bir evdə yaşayıblar. Digər qardaşı Etibar öz arvadı ilə hadisədən üç-dörd ay əvvəl onlar qalan ünvana köçüb və ikinci mərtəbədə qalıb:

"Qardaşım işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırdı. Bayram ərəfəsində pulu ödəmədiyimizə görə işığımız kəsildi. Buna görə axşam Etibarın yanına qalxıb dedim ki, işıq pulunun yarısını mən, yarısını isə o versin. Köməkləşib borcumuzu ödəyək və bayram günü qaranlıqda qalmayaq. Cavab olaraq Etibar pulu ödəyəcəyini deyib məni yola verəndə, aramızda mübahisə yarandı.

Acıq edən qardaşım pul verməyəcəyini söyləyərək, yumruqla mənə zərbələr vurdu. Heç nə etmədən aşağı, öz evimə düşüb, anama qaranlıqda qalmaq istəmədiyimi və dostlarımın yanına gedəcəyimi bildirdim. Çölə çıxmağa hazırlaşdım. Qapını açanda, gözləmədiyim anda Etibar əlindəki bıçaqla əvvəl başıma, sonra da döş qəfəsimə zərbə vurdu. Növbəti zərbəni boğazımdan vurmaq istəyəndə arxaya çəkildim və masanın üzərindən bıçağı götürüb, onun sinəsinin sağ hissəsinə iki dəfə xəsarət yetirdim. Qardaşım bir-iki addım arxaya doğru gedib, pilləkəndə oturdu. Ailə üzvlərimə təcili yardım çağırmalarını dedim".
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTOZərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Camalova ifadəsində göstərib ki, Etibar Camalovla 2013-cü ilə ailə həyatı qurub. Onlar qayınanasına məxsus ikimərtəbəli evdə yaşayıblar:

"Birinci mərtəbədə üç otaq, ikinci mərtəbədə ayrı girişləri olan ikiotaqlı evlər var. Etibar əvvəllər taksi fəaliyyəti ilə məşğul olurdu, son vaxtlar işləmirdi. Martın 18-də axşam qaynım Elçin bizim otağa gələrək Etibara işıq pulunu ödəməsini dedi, sonra isə aşağı düşdü. Təxminən iki saatdan sonra Elçin yenə qalxıb Etibardan əsəbi şəkildə işıq pulunu ödəməsini tələb etdi. Aralarında yaranan mübahisə zamanı Elçin öz otağına getdi və anası ilə danışarkən, onu söyməyə başlayıb. Buna görə Etibar bıçaq götürüb qardaşının yanına getdi. Beş dəqiqə sonra yoldaşımın qışqırdığını eşidib birinci mərtəbəyə düşdüm. Səs-küyə qonşularımız Coşqun və Araz da gəldilər. Birtəhər Etibarı otağa qaldırıb Təcili Yardıma zəng etdim. Həkimlər gələndə ərim artıq keçinmişdi. Sonra polis əməkdaşları gəlib, Etibarın meyitini patoloji anatomiya şöbəsinə apardılar".
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTOKəmalə Cəfərova əlavə edib ki, qardaşların arasında vaxtaşırı söz-söhbətləri olsa da, heç vaxt dalaşıb bir-birinə xəsarət yetirməyiblər. Dava vaxtı Elçin Camalovun Etibar Camalovu bıçaqla vurduğunu görməyib.

Şahid Nadidə Arif qızı Hüsüyeva ifadəsində göstərib ki, Elbrus Camalovla ailə həyatı qurduqdan sonra qayınanası ilə birlikdə yaşayıb:

"Etibar arvadı Kəmalə ilə gəldiyi gündən bəri hər gün evdə söz-söhbət olurdu. Kəmalə ilə ailə üzvlərim yola getmirdilər. Elçin mütəmadi spirtli içki içməsinə baxmayaraq heç kəslə mübahisə etməyib. Elçinin Etibarla ara-sıra problemi olsa da, o, həmişə qardaşına hörmət edirdi. Hadisə günü işdən gələndən sonra yatmışdım. Gecə Kəmalənin qışqırıq səsini eşitsəm də, bunun adi hal olduğunu düşünüb otaqdan çıxmadım. Buna görə də hadisənin necə baş verdiyini görməmişəm. Bir müddətdən sonra baldızım evin qapısını döyüb, Elçinin Etibarı öldürdüyünü dedi".
İşıqpuluna görə qardaşını öldürdü, bəraət aldı - TƏFƏRRÜAT + FOTOMəhkəmə iclasında Elçin Camalov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, özünü qorumaq məqsədi ilə qardaşını bıçaqlayıb. Əməlindən peşmandır, heç vaxt istəməzdi ki, belə bir hadisə baş versin.

Məhkəmə hesab edib ki, Elçin Camalovun əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Elçin Camalova bəraət verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 449   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Futbolçularımız niyə hərbi xidmətə getmir? - VİDEO

"Bildiyimiz kimi, istər ölkənin milli komandasının, istərsə də klublarımızda olan futbolçuların, olimpiya yığmasında olan 19 yaşlı oyunçuların həqiqi hərbi xidmət ilə bağlı çox ciddi problemləri var. Qanun qarşısında hamı eynidir. Onlarda öz əsgərliklərini çəkməlidirlər". Bu sözləri "Dinam

20 may
.

Abort etdirmək sonsuzluqla nəticələnir

Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb. Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Mütəxəssislər mövcud vəziyyətlə bağlı bildiriblər ki, bu kimi halların artması gələcəkdə ciddi problemlərdən xəbər verir. Cərrah-Ginekoloq Güna

21 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları helikopterin tapılma anı

İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğradığı yerin görüntüləri yayılıb. Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib. İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopter

20 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ

İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasınd

20 may
.

Azərbaycanlı şahmatçı erməni rəqibini məğlub edib

BƏƏ-də "Şarjah Masters" şahmat turnirində altıncı turun görüşləri keçirilib. İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları günü uğurla başa vurublar. Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki beş partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydı

20 may
.

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq. Qaynarinfo xəbər verir ki, bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:. "Ərazid

21 may
.

İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölüm xəbəri rəsmən elan olunandan dərhal sonra İran hökuməti təcili iclas keçirir. Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb. Məlumat üçün əlavə edək ki, artıq İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərini

20 may
.

Polis mayoru qəfil vəfat etdi

Lerik rayonunda polis zabiti qəfil vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayev dünən xidmətdə olmadığı vaxt dünyasını dəyişib. Onun ürək xəstəliyi səbəbindən halının qəfil pisləşdiy

20 may
.

Xaricdən idxal olunan avtomobillər alıcıların büdcəsinə uyğun deyil - VİDEO

Ölkəmizə idxal olunan avtomobillərin qiyməti kəskin artıb. Alıcılıq qabiliyyəti isə aşağı düşüb. Belə ki, xaricdən gətirilən nəqliyyat vasitələrinə il məhdudiyyətinin tətbiqi prosesə təsirsiz keçməyib. Nəzərə alsaq ki, buraxılış ili yeni olan avtomobillərin qiymətidə kifayət qədər yüksəkdir. Deməli avtomobi

21 may