Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - FotoErmənistanın Dövlət Arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbəttə, biz Azərbaycan, yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərək, qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay-küy salmasınlar.

Axar.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib:

"Ermənistana və Gürcüstana pay kimi, sənədsiz və rəsmi qərarsız verilən ərazilərin də adları çəkilir. Bu sənədlərin tam hamısını paylaşmaq istərdim. Sadəcə müəllif hüquqlarına hörmət edilməyən ölkəmizdə bunu etmək və zəhmətimizin kimlərsə tərəfindən yeyilməsinə qarşı ehtiyat edərək qısa hissəni paylaşıram. Qalan hamısı yeni layihə-kitabımda öz əksini tapacaq.

Sənədə fikir verin: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 5 avqust 1929-cu ildə Tiflis şəhərində keçirilən görüşünün 5 saylı protokolunda əks edilib bu məlumatlar.

Ermənistan arxivində fond 112, opis 2, sənəd 1412, vərəq 35-38, topoqrafik nüsxə kimi qeydiyyata alınıb.

O zaman Azərbaycan SSR və Ermənistan SSR arasında delimitasiya və demarkasiya barədə komissiyanın təqdim etdiyi xəritə və coğrafi koordinatlar üzrə iclasda qəbul edilən ərazilərin adları və yerləridir.

Başkənd ərazisi Ermənistan SSR-in deyil, Azərbaycan SSR-in tərkibinə verilməsi barədə qərar qəbul edilir. Bu məsələnin icrası da Mərkəzi İcraiyyə Komitəsinə tapşırılır.

Bu sənəd göstərir ki, Başkənd Azərbaycan ərazisi kimi həm Cümhuriyyət, həm Sovetlər dövründə, həm də Azərbaycan Respublikası tərkibində olub.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib "Artsvaşen" edilməsi də Azərbaycan SSR-in ərazi-inzibati vahidlərinə qarşı təcavüz sənədi kimi qəbul edilməlidir.

Ermənilərin orda yaşaması və çoxluq təşkil etməsi anklav hüququna daxil deyil. Çünki bu ikitərəfli razılıq əsasında olmalı idi. O zaman Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin razılığı və təsdiqi olmadığı halda Ermənistan rəhbərliyinin bu addımı hüquqa zidd addım sayılır".
Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 548   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis

19 may
.

Əhaliyə hava ilə bağlı VACİB XƏBƏR - Bu tarixədək...

Qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcək. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlı

20 may
.

Yeni rektor kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, iqtisad üzrə fəlsəfə doktoru olan 1979-cu il təvəllüdlü Ş.Bayramo

20 may
.

"Mehr" agentliyi İran Prezidenti ilə bağlı məlumatı SİLDİ

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib. Bu barədə TASS məlumat yayıb. Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahia

19 may
.

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovla bağlı yenidən məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin daha bir neçə ay uzadılmas

20 may
.

Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

Televiziyalardakı bəzi verilişlər məişətimiz üçün zərərlidir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, reytinq qazanmaq və aşağı təbəqədən olan insanların baxışını gücləndirmək üçün bel

20 may
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

20 may
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 21.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq. Bu barədə -a "Azəriqaz" İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırıla

20 may
.

Bir ildə 74 min ABORT: Səhiyyə sistemində DƏYİŞİKLİKLƏR EDİLSİN - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb. Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Mütəxəssislər mövcud vəziyyətlə bağlı bildiriblər ki, bu kimi halların artması gələcəkdə ciddi problemlərdən xəbər verir

21 may