"BakıKART" artıq m10-da!

"BakıKART" artıq m10-da!m10 elektron pulqabı "BakıKART" ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.

Elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız.
Bu yenilik "BakıKART"ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir.

Əlavə məlumatlar m10-un Facebook, Instagram, Youtube kanallarında mövcuddur.

m10 elektron pulqabı "PashaPay" məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri həyata keçirə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 328   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16 may
.

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə müavinət təyin olunub. xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb. Son 7 ildə isə yaşa görə müavinət alanların sayı 4,1 dəfə artıb

17 may
.

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətlər

16 may
.

"Ağ çiçəyim"dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası "Ağ çiçəyim"in yanğından sonrakı görüntüləri yayılıb. Görüntülərdən də aydın olur ki, mağazadan demək olar ki, geriyə heç nə qalmayıb. Qeyd edək ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb. Sözügedən mənzərəni təqdi

16 may
.

Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Mehdi Xəlilbəyli Bakıda həbs olunub. apa-ya istinadən xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıy

17 may
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib

16 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"

16 may
.

Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. Sürücülərin əksəriyyət

17 may