Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdıAprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb.

Yeniyetmənin atası Sahib Quliyev Oxu.Az-a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:

"Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kimi gəlmişəm. Oğlum və onunla bir məktəbdə oxuyan başqa bir oğlan eyni qızı seviblər. Bir ay oğlumu incidiblər. Daha sonra həmin oğlan bir qrup digər məktəbliləri də götürərək oğlumu söhbət etməyə çağırıb. Mənim oğlum da tək gedib. Həmin uşaqlar oğlumu döyüblər, söyüşlərlə təhqir ediblər. Sonra gözdən salmaq məqsədilə şəkillərini çəkib, video çəkiblər. Məktəbdə həmin videonu yayıblar, hər kəsə, eləcə də qıza göstəriblər".

Sahib Quliyevin sözlərinə görə, oğlu bu barədə heç kəsə heç nə deməyib, özünə qapanıb və axşam saatlarında ağacdan özünü asıb:

"Anası axşam çölə çıxanda görüb ki, ağacdan özünü asıb. Bir aydan sonra 16 yaşı olacaqdı. Mənim oğlum sakit, tərbiyəli, savadlı uşaq idi. İstəyirəm onu intihar həddinə çatdıranlar cəzalandırılsınlar. Qanı yerdə qalmasın".

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 586   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb

20 may
.

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlanıb. İqtisadiyyat.az xəbər verir ki, bunlar "ATTAS PR" Firması, "ATTAS" MMC, "ALYANS-3A" MMC və "ATTAS KONSALTİNQ" MMC-dir. Onların ilk üçü Nəsimi rayonu, Azadlıq prospekti, ev 84, mənzil 40 ünvanında, sonuncu is

20 may
.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19 may
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

19 may
.

Əhaliyə hava ilə bağlı VACİB XƏBƏR - Bu tarixədək...

Qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcək. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Xidmət rəisi fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlı

20 may
.

Alça yığarkən öldü

Mayın 19-da saat 8 radələrində Göyçayda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Ulaşlı-Şıxlı kəndində yerləşən bağ sahəsində 200-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu İsmayılov ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttin

20 may
.

Korrupsiya əməliyyatları DAVAM ETDİRİLİR: Dövlətə dəyən ziyan necə HESABLANACAQ? - AÇIQLAMA

Azərbaycanda son zamanlar korrupsiya ilə əlaqədar keçirilən sayı artıb. Məsələn, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Daha əvvəl isə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. Digər tərəfdən isə "Gənc

20 may
.

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilir

19 may
.

İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi barədə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib. xəbər verir ki, Prezident bu barədə "X" sosial şəbəkəsində paylaşım edib:. "Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdə

19 may