Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"

Rəsmi Bakıdan sərt AÇIQLAMA: "Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edirik"29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik".

Sonxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.

Bildirilib ki, Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur:

"Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır.
Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.

Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik.

Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirləri görəcəyini bir daha bəyan edirik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 449   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub - VİDEO

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub. "Report" xəbər verir ki, medal Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı təqdim olunub. Həmçinin, bir qrup ru

15 may
.

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərin

21 may
.

Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir:. "Qardaş İran İslam Respublikas

20 may
.

Paşinyan Azərbaycanla imzalanan protokolu böyük uğur adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, bu

16 may
.

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. xəbər verir ki, başsağlığının mətnində deyilir:. "Möhtərəm Ayətullah Xameneyi həzrətləri,. Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İsla

20 may
.

Qarabağ Universitetinə rektor təyin olundu

Prezident İlham Əliyev Şahin Bayramovla bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyi

20 may
.

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Həmçinin

20 may
.

Heydər Əliyev Fondunun əməkdaşları təltif ediliblər - SƏRƏNCAM

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif ediliblər:. 3-cü dərəcəli "Əmək"

16 may
.

Azərbaycan Prezidenti Slovakiyanın baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb - FOTO

"Slovakiyanın baş naziri Robert Fikoya edilən sui-qəsd cəhdindən dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram". xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "X" səhifəsindəki paylaşımında yer alıb. Dövlət başçısı slovakiyalı nazirə tezliklə sağalmağı diləyi

15 may