Araikin açdığı mühüm sirr üzə çıxdı – İki ay sonra sərhəddə nələr olacaq?

Araikin açdığı mühüm sirr üzə çıxdı – İki ay sonra sərhəddə nələr olacaq?Ermənistanın "Qara pantera" terror qruplaşmasının rəhbəri Serob Qasparyan Qarabağın keçmiş "rəhbəri" Araik Arutyunyanın iki il əvvəl ona bir sirri etiraf etdiyini deyib.

Sitat:

"Mən kartları açmaq istəyirəm. Qarabağın keçmiş "rəhbəri" Araik Arutyunyan iki il əvvəl mənə bir sirri etiraf etmişdi. Bildirmişdi ki, Ermənistan ordusu patrul xidməti ilə əvəz olunacaq. Yəni Ermənistanda ağır hərbi texnika olmayacaq, sərhədi tüfənglə – avtomatla silahlanmış patrul xidməti qoruyacaq. İyun ayı sonuncu vaxtdır, ondan sonra ordunun patrul xidməti ilə əvəzlənməsi prosesi həyata keçiriləcək".

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, sərhədlərin patrul xidməti tərəfindən qorunması fikri yeni deyil:

"Azərbaycan-Gürcüstan sərhədində, İranda da bu xidmət mövcud idi. İndi isə sərhədlərin qorunması ilə bağlı əsas güc Azərbaycanın üzərinə düşür.

Ümumiyyətlə, sərhəd xətti müəyyən edildikdən, zolaqlar çəkilib kamera sistemi qurulduqdan sonra patrul xidməti həyata keçirilir. Sərhədin pozulub-pozulmadığını görmək üçün torpağın müəyyən hissəsi qazılır, hansısa formaya gətirilir, burada insan ayaq izləri, hərəkətliliklə bağlı müşahidə aparılır.

Bunun Azərbaycanın tələbi olub-olmadığı ilə bağlı rəsmi məlumat yoxdur. Bir sözlə, patrul xidmətində sərhədlərə qoşun yığmaq əvəzinə kamera yerləşdirirlər".

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədi böyük ərazini təşkil edir və onun qorunması üçün kifayət qədər çox şəxsi heyətə ehtiyac var:

"Azərbaycan bunu özü təmin edə bilər, amma Ermənistanda bu qədər şəxsi heyət olduğunu düşünmürəm. Ona görə də rəsmi İrəvanın patrul xidmətindən istifadə etməsi gözlənilən idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1581   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sosial mediada gəlinlərin yeni trendi: "Ata, bu axşam evə gəlmirəm" - VİDEO

Gəlinlərin başlatdığı yeni aksiya sosial mediada gündəm olub. xəbər verir ki, evlənmək üzrə olan cütlüklərin gəlinləri atalarına səslənərək "Ata, bu gecə evə gəlmirəm" deyə qışqırdıqları anları paylaşmağa başlayıb. Həmin görüntüləri təqdim edirik:

20 may
.

Kolbasaların ətdən hazırlandığı deyilir, amma ucuz satılır: Səbəb nədir?

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. -ın məlumatına görə, hazırda mal əti 14, toyuq əti isə altı manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosiskalar isə beş manata təklif edilir. Ətin qiymətinin artmas

21 may
.

Ev alanlara ƏDV-nin qaytarılması ilə bağlı XƏBƏRDARLIQ -VİDEO

2022-ci ilin noyabrın 21-dən bu il mayın 1-ə qədər daşınmaz əmlaka görə ƏDV-nin bir qismini geri almağa görə 15 mindən çox vətəndaş müraciət edib. Onların bir qismi isə imtina cavabı alıb. İmtinaya səbəb olan hallar arasında ödənişin düzgün aparılmamasıda var. Bəzi vətəndaşlar ev alarkən ilkin ödəni

20 may
.

Xocalıdan ilk dəfə görəcəyiniz EKSKLÜZİV KADRLAR - VİDEO

Son bir neçə ildir ki, Azərbaycan öz əzəli torpağı olan Qarabağı yenidən dirçəldir. Amma hər quruculuq işləri və ya ərazilərə baxış zamanı ermənilərin xislətinin izləri özünü bir daha kəskin şəkildə büruzə verir. Məsələn Xocalıda arxeoloji abidələr kompleksində izləri qədim zamanlara gedib çıxan tarix

21 may
.

Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb .Xüsusi karantin rejimi dövründə ölkəyə giriş yalnız hava yolu il

21 may
.

Baqrat Qalstanyan Tavuşa qayıtdı: Aksiyalar bitir?

"Vətən naminə Tavuş" hərəkatının başçısı olan Baqrat Qalstanyan Tavuşa qayıdıb. Onun burada müxalifət nümayəndələri ilə bir araya gəldiyi deyilir. Ümumiyyətlə, B. Qalstanyanın Baş nazir postuna iddialı olduğu artıq sirr deyil. B. Qalstanyan Ermənistan Baş naziri ola biləcək? Onun Tavuşa qayıtmas

21 may
.

İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi

"İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir". xəbər verir ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin "Telegram"

20 may
.

Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ? - VACİB AÇIQLAMA

Bildiyimiz kimi, son verilən qərarlar vətəndaşlar arasında ciddi müzakirələrə səbəb olub. İyul ayından Azərbaycandasaatlıq minimum əməkhaqqına keçilməsi ilə bağlı qərar verilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabrın 1-də aylıq minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri

21 may
.

Həkimlər həyəcan təbili çalır: "İnfeksional xəstəliklər öldürür"

Son günlər qızdırmadan ölənlərin sayı artıb. Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib. Pediatr Şahnaz Zamanlı bildirib ki, xüsusən məktəb və bağça yaşlı uşaqlarda yuxarı tənəffüs yolu infeksiyası

21 may