Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRHİrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağa çalışsa da, müxalifət eitraz aksiyaların fəaliyyət dairəsini genişləndirməyə çalışır. Etiraz aksiyalarına hərbçilərin qoşulması, hərbi qiyamlara səbəb olacaq? Hərbi qiyamlar başlayarsa, nəticələri nə ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistanda qeyri-sabitlik tək Tavuş bölgəsi ilə əlaqəli deyil. Ümumilikdə bu ölkənin daxilində vəziyyət gərgindir. İctimai-siyasi sabitlik demək olar ki, yoxdur. Bu proseslərin hamısının önündə hakimiyyətlə daxili müxalif qüvvələrin qarşıdurması dayanır:

"Əgər Nikol Paşinyanın əsas vəzifəsi hakimiyyəti qoruyub saxlamaq və Azərbaycan ilə sülh müqaviləsi ətrafında danışıqları, səyləri artırmaqdırsa, müxalif qüvvələr və parlamentdə təmsil olunmuş iki fraksiyasının - *Ermənistan" və "Şərəfim var" əsas niyyəti isə anti-Paşinyan cəbhəsini formalaşdırmaqdır. Əlbəttə ki, onların məqsədi hakimiyyəti ələ almaqdır. Ancaq bəlli olan budur ki, onların bu istiqamətdə şansları bir o qədər böyük deyil və cüzidir. Hakim partiya vəziyyəti idarə edir. Digər tərəfdən cəmiyyətin böyük hissəsinin çoxunu öz ətrafında saxlaya bilir. Burada ən vacib olan odur ki, hakimiyyət öz qətiyyətini göstərsin. Birincisi hərbçilərin bu aksiyalara qoşulması onu göstərir ki, güc strukturlarında nizam-intizam məsələləri zəifləyib. Digər tərəfdən müxaliflər və xaricdən müdaxilə edənlər çalışırlar ki, paqon daşıyan adamları bu prosesə qatsınlar. Ancaq bu çox təhlükəli məsələdir".

Politoloqun sözlərinə görə, hərbçilər proseslərə qatılırsa, burada Vətəndaş müharibəsinin çalarları özünü əks etdirə bilər. Çünki güc strukturları siyasi proseslərdən uzaq durmalı və onlara müdaxilə etməli deyillər:

"Əgər onlar ölkənin konstitusiyası və dövlətin rəhbərliyi qarşısında öz öhdəliklərini danmırlarsa, onlar gərək qanun və asayişin keşiyində dursunlar. Belə məqamlar Ermənistanda hər zaman var. Biz bilirik ki, Ermənistanın daxilində terror ənənəsi güclüdür. Digər tərəfdən siyasi qarışdurmaya güc amilinin qatılmasıda həmişə özünü əks etdirib. Hətta 1999-cu ilin oktyabr ayının son günlərində Ermənistan parlamentinin rəhbərliyi gülləbaran edildi. 2008-ci illərdə küçələrdə artıq dinc nümayişçilərə qarşı silah-sursatın tətbiq edilməsinin şahidi olduq. Bu proseslərin hamısına qərbin demokratik institutları göz yumdu. Onlar bir qayda olaraq çalışırlar ki, Azərbaycan və Türkiyəni demokratiyanın pozulmasında ittiham etsinlər. Ancaq bu qondarma iradlardır. Burada görünən odur ki, onlar Ermənistanda baş verən bütün biabırçılıqlara, insan haqlarının pozulmasına göz yumurlar. Burada ikili standart, selektiv yanaşma özünü nümayiş etdirir. Odur ki, Ermənistanda indiki vəziyyət qeyri-sabitdir. Ancaq Nikol Paşinyan vaxtı boşa verməli deyil. Onun qarşısında duran vəzifə ondan ibarətdir ki, bütün imkanları ilə ölkədəki vəziyyəti nəzarətdə saxlasın. Bunun üçün Paşinyanın kifayət qədər imkanları var. Vaxt itirmədən əgər hərəkətə keçərsə, asayişi pozan bütün ünsürləri tərksilah edərək məsuliyyətə cəlb etsə bu zaman uduzmaz".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 566   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sıxlığın aradan qaldırılması məqsədilə Bakının bu hissəsində dəyişiklik edildi

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində sıxlıq azalıb və hərəkətin intensivliyi artıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, həmin yolda əvvəllər sol zolaqda olan nəqliyyat vasitələr

20 may
.

Zaqatalaya dolu düşüb - Faktiki hava

Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb. Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub. Mayın 21-də saat 15:04 radələrində Zaqatala rayonuna xırd

21 may
.

Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

Televiziyalardakı bəzi verilişlər məişətimiz üçün zərərlidir. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, reytinq qazanmaq və aşağı təbəqədən olan insanların baxışını gücləndirmək üçün bel

20 may
.

Məktəblərdə fənlərin sayı azaldıla bilər? - AÇIQLAMA

Bu gün bir çox şagirdlər və valideynlər məktəbdə tədris olunanların fənlərin çətinliyindən şikayət edirlər. Məktəblərdə fənlərlə birlikdə, qiymətləndirmə və iş dəftərləri onsuzda aldırılır. Amma fənnin dərs vəsaitində əks olunan tapşırıqlar kifayət qədər şagirdləri yorur. Bununla yanaşı məktəblərdə tərdri

20 may
.

Zaqatalada məktəb və bağça birgünlük bağlandı

Zaqatalada yağan yağışlar nəticəsində məktəb və uşaq bağçasını su basıb. xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilir ki, ötən gecə aramsız yağan yağış nəticəsində Zaqatala rayonunun Tala kəndi ərazisindən keçən Qaraçay öz məcrasından çıxıb. Bunun nəticəsind

21 may
.

Bakının bu ərazilərində işıq olmayacaq

"Azərişıq" ASC-nin elektrik enerjisi təchizatı sxeminin yüksək standartlara cavab verməsi üçün Bakının bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar paytaxtda planlı fasilələr yaranacaq. Bu barədə səhmdar cəmiyyətinin abunəçilərinə müraciətində bildirilir. "Fasilələ

21 may
.

Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib. xəbər verir ki, bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmı

21 may
.

Sabah Bakıda 25° isti olacaq

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var

21 may
.

Bakıda vəzifəli şəxsin oğlu vəfat etdi

Milli Məclisin əməkdaşı Nazir Bayramova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, N.Bayramovun oğlu Emil Bayramov vaxtsız vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişməsi açıqlanmayıb. Qeyd edək ki, N.Bayramov Milli Məclisin Aparat rəhbəri xidmətində çalışır. O, daha əvvəl prokurorlu

21 may