Simonyanın açıqlaması Kremli qəzəbləndirdi – "Cəzalandırılacaq"

Simonyanın açıqlaması Kremli qəzəbləndirdi – "Cəzalandırılacaq"Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanı cəzalandırmağa hazırlaşır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

Nəşr iddia edir ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətini kifayət qədər ciddi sınaq gözləyir:

"Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda hökumətə rəhbərlik edənlər və onların yaxın ətrafı ilə bağlı mediaya kifayət qədər ciddi dosyelər atılacaq. Bu da təkcə maliyyə fəaliyyətləri, ofşor hesablarla bağlı yox, həm də şəxsi həyatla bağlı olacaq. Çox güman ki, bu informasiya sızmaları təkcə Rusiya mənbələrindən deyil, Qərb mənbələrindən də olacaq.

Məsələ budur ki, Qərb də, Rusiya da Nikol Paşinyan hakimiyyətindən çoxdan əlini üzüb. Hər iki tərəf imkan daxilində öz güclərindən istifadə edərək Paşinyandan xilas olmaq istəyir. Bu məqsədlə bütün üsullardan istifadə olunacaq.

Mənbələrimizin məlumatına görə, ən ağır durumda olan Alen Simonyandır. O, hamını, xüsusən də rusiyalı həmkarı Valentina Matvienkonu qəzəbləndirib.

Alen Simonyanla həmişə xüsusi əlaqələri olan və onu "təsir agenti" hesab edən Rusiya tərəfi indi onu düşməni kimi görür. Ruslar adətən belə hərəkətləri bağışlamırlar. Rusiya Ermənistan hakimiyyətinə, ondan əvvəl isə Alen Simonyanın özünə cəza verəcək".

Alen Simonyan bundan əvvəl Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı dəstəklədiyini açıqlamışdı. Erməni spikerin açıqlaması rusiyalı həmkarı tərəfindən sərt təpki ilə qarşılanmışdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 281   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tehran metrosunda dəhşət: "Repressiv qüvvələr gənci güllələdilər" - VİDEO

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb. Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb. Məlumata görə

16 may
.

Parkdakı görüntülər QORXU YARATDI: Uşaqları təhlükə gözləyir - FOTOLAR

Valideynlərin övladlarını apardığı oyun parkları ilə bağlı paylaşım narahatlıq yaradıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərədə yaşayan Burçak Yıldırım Orhan adlı qadının valideyn qrupuna uşaq meydançalarında yaranan təhlükə ilə bağlı mesaj göndərilib. Həmin fotoda uşaq meydançalarında oturacaqların

17 may
.

Ağ çiçəyim" ilə yanaşı olan geyim mağazası da yanıb

Fövqəladə Hallar Nazirliyi "Ağ çiçəyim" gül mağazasında baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb. Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 1450 kvadratmetr olan bir-birinə bitişik obyekt və evlərdən, ümumi sahəsi 590 kv.m olan gül mağazası, ümumi sahəs

16 may
.

Bakıda güclü yanğına görə bağlanan yollar açılıb

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğına görə bağlanan yollar açılıb. -ın məlumatına görə, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Qeyd olunub ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbində

16 may
.

Sərhədçilərimiz azad edilən kəndlərə yerləşəcək – Tarix açıqlandı

Yaxın 9 gün ərzində Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək. APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökuməti məlumat yayıb

16 may
.

Uşaq fotosu paylaşır, "xəstədir" deyib PUL YIĞIR - VİDEO

Hazırda bəlkə də hər 10 nəfər sosial şəbəkə istifadəçisinə uşağım xəstədir, əməliyyat pulu lazımdır, bank hesabına pul göndərin kimi ismarıclar göndərilir. Eyni zamanda elanlar bəzi internet səhifələrində paylaşılır. Məsələ ondadır ki, belələrinin əksəriyyəti fırıldaqçılardır. Onlar insanların həssaslığında

17 may
.

Sülhməramlıları yolasalma mərasimindən möhtəşəm GÖRÜNTÜLƏR - VİDEO

Sülhməramlıların yolasalma mərasimindən yeni görüntülər yayılıb. xəbər verir ki, bu barədə görüntülər AZTV-də yayımlanıb. Kadrlarda Xocalıdakı gənclərin "yallı" rəqsini görmək mümkündür. Həmin görüntüləri təqdim edirik:

16 may
.

Günlərlə içində cəsəd olan su içdiyimiz suya QARIŞIR - VİDEO

Tez-tez su kanallarında boğulma halları yaşanır. Sonuncu belə faciə Abşeronda qeydə alınıb. 13 yaşlı İbrahim Samur-Abşeron kanalında düşdü və uzun müddət davam edən axtarışdan sonra meyiti tapılaraq ailəsinə təhvil verildi. Burada hər an boğulub, həyatını itirə bilər. Yaxınlıqda yaşayan uşaqlar sərinləmə

16 may
.

Köçəryan və Sarkisyanın "qulaq"ları GÖRÜNÜR: Paşinyan cinayətkarları Azərbaycana verir? - AÇIQLAMA

Erməni jurnalist Natali Aleksanyan mətbuata açıqlamasında Robert Köçəryan və Serj Sarkisyanın tezliklə onların Bakı həbsxanasında separatçılar ilə qovuşacaqlarını bildirib. İndiyə qədər Xocalı faciəsi ilə bağlı nə qədər istintaq açıldı. Xocalı cinayətkarları interpola verilmələrinə baxmayaraq ələ keçiirlmədi

16 may