Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ

Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏBakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.

Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.

Cinayət hadisəsi isə gecə saatlarında baş verib. Ata İsrafilovun iddiasına görə, o, yatdığı zaman Kamran otağın qapısını döyüb və bu zaman onun sinəsindən yapışıb:

"Dedim ki, Kamran, mən sənin atanam, məni vurma. O da dedi ki, camaatın atası ona ev verir, maşın verir. Sən mənə heç nə vermirsən? Dedim, mən sənə pul versəm, sən gedib içki içəcəksən. Ona görə də, vermirəm. Bu zaman oğlum məni itələdi, atamdan yadigar qalan bıçağı götürmək istədi, mən ondan cəld tərpəndim. Kamran məni itələyəndə bıçağın ona batdığını hiss etdim. Böyük oğluma təcili tibbi yardım briqadası çağırmağı tapşırdım. Çölə çıxıb, təcili yardım maşınını qarşıladım, onlara kömək etdim. Bir gün sonra isə xəstəxanada vəfat etdi".

Qeyd edək ki, Kamran İsrafilov vaxtilə hərbçi olub. O, 2012-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə dələduzluq və hərbi hissəni özbaşına tərk etmə cinayətlərinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum edilib, iki il sonra isə əfv olunub. (moderator)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 348   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO

Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. -ın məlumatına görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 12

17 may
.

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib. Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvlər

16 may
.

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasınd

17 may
.

Vəfa Şərifova kimdir? - Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər

"Bioqrafiya" rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir. - Vəfa Şərifova nə zaman və harada anadan olub?. Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub. - Vəfa Şərifova kimin ailəsində böyüyüb?. 1 yaşı olanda anasın

16 may
.

Bakıda 12 ildir plana düşən ərazi niyə sökülmür? (VİDEO)

Ərazi hasara alınıb, sakinlərə evlərinin plana düşdüyü deyilir, ancaq 12 ildir ki, gözləyirlər. Kadrlar paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəndir. Sakinlərin sözlərinə görə, bu yaşayış ərazisi 2012-ci ildən hasara alınıb. 20 ailə həmin vaxtdan evlərinin söküləcəyi günü gözləyir. Onlar deyi

16 may
.

Bu Amerika ölkəsində müsəlmanlar az qala hakimiyyətə gələcəkdi - TARİX

Bu dəfə qeyri-adi bir hadisədən – Karib dənizinin cənubunda yerləşən ada dövləti Trinidad və Tabaqoda radikal müsəlman dindarların hakimiyyətə gəlmək cəhdindən danışacağıq. Həmin hadisə 1990-cı il iyulun 27-də baş verib və 24 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə başa çatıb. Trinidad v

16 may
.

Parkdakı görüntülər QORXU YARATDI: Uşaqları təhlükə gözləyir - FOTOLAR

Valideynlərin övladlarını apardığı oyun parkları ilə bağlı paylaşım narahatlıq yaradıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərədə yaşayan Burçak Yıldırım Orhan adlı qadının valideyn qrupuna uşaq meydançalarında yaranan təhlükə ilə bağlı mesaj göndərilib. Həmin fotoda uşaq meydançalarında oturacaqların

17 may
.

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Süni uşaq qidalarının qiyməti əl yandırır. Paytaxt mağazalarında hətta 150 manata satılan süni uşaq qidaları da var. Vətəndaşların sözlərinə görə, əvvəlki illərlə müqayisədə qiymətlər xeyli artıb. Ölkəmizdə uşaq qidalarının qiyməti xarici ölkələrə nisbətən yüksəkdir. Azərbaycanda süni uşaq qidalarını

17 may
.

"Ağ çiçəyim"in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir". Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib

16 may