Almaniyaya sığınan "söyüş müxalifəti" Azərbaycana təhvil verilə bilər – Mühüm açıqlama

Almaniyaya sığınan "söyüş müxalifəti" Azərbaycana təhvil verilə bilər – Mühüm açıqlamaRəsmi Berlinin Azərbaycanla münasibətlərinin yaxınlaşması fonunda Almaniyaya sığınan söyüş müxalifətinin nümayəndələrinin taleyi bir çoxlarına maraqlıdır. İctimaiyyətdə belə bir sual yaranıb: onların ölkəyə ekstradisiyası mümkün ola bilərmi?

Xatırladaq ki, deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı xaricdə təşkilatlanan söyüş müxalifətinin Azərbaycan dövlətinin səbrini daşdırmaq ərəfəsində olduğunu demişdi. Hətta bundan sonra bir neçə mühacir Almaniya hökumətinə təhlükəsizliklərinin qorunması üçün müraciət etmişdilər.

Azərbaycan-Almaniya münasibətlərinin yaxşılaşması bu ölkədə mənzillənən söyüş müxalifətinə nə vəd edir?

Deputat Bəhruz Məhərrəmov mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, Azərbaycan-Almaniya münasibətlərinin son 1 illik təqviminə diqqət yetirilsə, hər iki ölkənin mürəkkəb bir periodu arxada qoyduğunu görmək mümkün olar.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Emmanuel Makronun planlarını alt-üst edib:

"Sirr deyil ki, müəyyən dövrə qədər Almaniya da beynəlxalq platformalarda Fransanın alətinə çevrilməklə antiazərbaycan koalisiyanın fəal üzvü kimi davranırdı. Lakin İlham Əliyev bu prosesdə də böyük siyasi ustalıq nümayiş etdirərək Parisin əzəli rəqibi Almaniyanın tamamilə fərqli rakursdan dövriyyəyə daxil olmasına imkan yaratmaqla Makronun Berlin üzərindən planlarını iflasa uğratdı. Əlbəttə, proseslərin gedişatı barədə proqnozlar vermək çətindir. Amma son bir neçə ayda, habelə bu gün üçün hələ ki, Berlinin tutduğu mövqe Azərbaycanı qane edir və artan təmaslar da bunu sübut edir. Lakin bu yaxınlarda Antoni Blinkenin cənab İlham Əliyevə zəngi daha bir reallığı üzə çıxardı və göstərdi ki, kollektiv Qərb tədricən reallıqları qəbul etməyə başlasa da, hələ də situasiyanı lazımi surətdə həzm edə bilmir. Xüsusən aydın oldu ki, ABŞ başda olmaqla, Qərb bloku qlobal ombudsman obrazından əl çəkməyərək ənənəvi insan haqları məsələsinə öz məqsədləri naminə effektiv təsir rıçağı kimi yanaşır".

Deputat deyib ki, bu gün Almaniyada hələ də özlərini "siyasi mühacir" kimi təqdim edən, lakin bu ölkənin xüsusi xidmət orqanlarının təlimatları ilə hərəkət edən, şərəfini itirmiş muzdlu internet xuliqanları var:

"Onların rahat formada fəaliyyəti üçün şəraitin yaradılması, habelə hakim partiyanın nümayəndəsi Şvabenin qeyri-hüquqi və ləyaqətsiz açıqlamaları göstərir ki, Almaniya da insan haqları məsələsinə yeni dövrün qüdrətli Azərbaycanına qarşı əlini gücləndirmək üçün perspektiv imkan kimi baxır. Təbii ki, bu bizi narahat edir. Lakin ötən dövrün təcrübəsinə baxsaq, Azərbaycana münasibətdə heç bir təcavüzkar niyyət, o cümlədən milli maraqlarımızı hədəf alan cinayətlər cavabsız və cəzasız qalmayıb. O cümlədən Almaniyada və bütövlükdə digər xarici ölkələrdə antiazərbaycan fəaliyyəti ilə məşğul olan "azərbaycanlılar" mühakimə edilərək ən sərt formada cəzalanacaq. Azərbaycanın yaratdığı reallıqlar möhkəmləndikcə, kollektiv Qərb də tədricən o ünsürlərə ehtiyac duymayacaqlarının fərqinə varacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 574   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib?

Böyük bir nəslin davamçısı olan, tar ifaçılığında öz üslubunu və məktəbini yaradan, ömrünün 54 ilini Akademik Opera və Balet Teatrında solo tarzən və konsertmeystr kimi çalışan, onlarla musiqiçinin yetişməsində böyük əməyi olan, tar ifaçılığımızın zirvələrindən biridir Bəhram Mansurov. Publika. az xəbə

15 may
.

Qəbiristanlığı əyləncə mərkəzi ilə səhv salan "KÖRPƏLƏR" - VİDEO

Bir qrup gənc qəbiristanlığa gedir və qeyri-etik hərəkətlər edərək qəbirlərə zərər yetirir. Öz əlləri ilə özlərini ələ verirlər. xəbər verir ki, ARB Xəbər"in əməkdaşları yeniyetmələrin əyləncə mərkəzi ilə səhv saldıqları qəbiristanlığa baş çəkib. Yerli bələdiyyə isə qoruyuruq deyir. Gülürlər, əylənirlə

16 may
.

Günlərlə içində cəsəd olan su içdiyimiz suya QARIŞIR - VİDEO

Tez-tez su kanallarında boğulma halları yaşanır. Sonuncu belə faciə Abşeronda qeydə alınıb. 13 yaşlı İbrahim Samur-Abşeron kanalında düşdü və uzun müddət davam edən axtarışdan sonra meyiti tapılaraq ailəsinə təhvil verildi. Burada hər an boğulub, həyatını itirə bilər. Yaxınlıqda yaşayan uşaqlar sərinləmə

16 may
.

Slovakiya Baş nazirinə sui-qəsd cəhdində "Rusiya izi" ortaya çıxdı...-FOTO-FAKT

Robert Fitsonu güllələyən şəxs əvvəllər Kremlin təbliğatını təkrar edən yarımhərbi qrupa dəstək verib. Slovakiyanın baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinə görə saxlanılan 71 yaşlı Yuray Çintula əvvəllər rusiyayönümlü "Slovensky Branci" yarımhərbi dəstəsini vəsf edib və üzvlər

16 may
.

Tehran metrosunda dəhşət: "Repressiv qüvvələr gənci güllələdilər" - VİDEO

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib. Bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb. Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb. Məlumata görə

16 may
.

Bu evlərə "kupça" verilməyəcək

Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətə

16 may
.

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Delimitasiya ilə bağlı Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsi problemi yaranır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin ötən gün sərhəd komissiyalarının görüşündən sonra əldə edilən razılaşma haqda izahatında bildirilib. Qeyd olunub ki, yolun köçürülməs

16 may
.

Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ

"Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur". "Report" xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür:. "Hadisə nəticəsində xəsarət ala

16 may
.

Elza: "Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır" - VİDEO

"Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, "Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini

16 may