"Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm" - Seymur Orucovun qohumu həbs edildi

"Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm" - Seymur Orucovun qohumu həbs edildiBakı Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və baş mühasib Rəşad Babayev sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib.

Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib.

O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib.

Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.

Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib.

Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib.

Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.

Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib.

İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərində Bakı şəhərini tərk etməmək, hər gün gecə saat 23:59-dan səhər saat 05:30-dək olan vaxt ərzində yaşadığı ünvanı tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 642   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahdağ Milli Parkında nəcib marallardan birinin balası dünyaya gəlib - FOTO

Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım qeydə alınıb. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir v

16 may
.

Bakı metrosu TƏHLÜKƏ SAÇDI - YENİLƏNİB + VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı -a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyala

15 may
.

Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizli

16 may
.

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir. -a istinadən xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir. Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günlər

16 may
.

"Qazaxın 4 kəndinin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm tarixi addımdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikas

16 may
.

TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata "Hyundai" alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Rəqəmsal Tibbi Həllər" MMC "Auto Azərbaycan" MMC (VÖEN – 150040601) ilə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, TƏBİB "Auto Azərbaycan"dan 84 min 900 manat dəyərində xidməti mini

16 may
.

Direktor müavininin qatil olduğu TƏHSİL OCAĞI: Qan tökülən məktəbdən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb. Onun qətlində elə bu məktəbdə çalışan Elsevər İslamov şübhəli bilinir. Qətlin hansı zəmində baş verdiyi isə naməlumdur. APA TV-nin çəkiliş qrupu hadisənin baş verdiy

15 may
.

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib. "Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətlər

16 may
.

Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Qaynarinfo xəbər verir ki, Fərmanda deyilir:. "1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində "Tibb Müəssisələrini

15 may