"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMA

"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMATender bu gün ölkəmizdə ən çox aktual olan mövzulardan biridir. Belə ki, tender bir çox şirkətlər arasında uyğun şərtlərə cavab verən bir işin və ya malın verilməsidir. Bu konsepsiya ümumiyyətlə özəl sektorun dövlət işlərini əldə etmək üçün istifadə etdiyi bir üsuldur. Tender sistemi bütün demokratik dövlətlərdə tətbiq olunur. Dövlət bu gün ehtiyac duyduğu xidmət və ya malları müəyyən şərtlər daxilində tenderə çıxarır. İştirakçı təşkilat və şirkətlər proses boyunca lazımlı şərtləri təmin etmək üçün çalışır və rəqabət aparan şirkətlər dövlət tenderini qazanmaq üçün yarışır. Bu yarışın ən ədalətli şəkildə bitməsini təmin edən qurum isə dövlət satınalmaları qurumları və nazirliklərdir.

Lakin bir sıra şirkətləri var ki, təcrübəsi olmadığı halda tenderin qalibi olurlar. Bu baxımdan həmin şirkətlər tenderin qalibi necə olur və bu istiqamətdə hansı nəzarət mexanizmi olmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda tenderlərlə və dövlət satınalmaları ilə bağlı həmişə problemlər olub. Problem ondan ibarətdir ki, bu sahə şəffaf deyil:

"Başqa ölkələrin təcrübəsindən çıxış etsək görürük ki, bəzi ölkələrdə tenderlər televiziyada canlı yayımda göstərilir. İstənilən şəxs onları izləyə bilir. Bizdə belə şəffaflıq yoxdur. Tenderlər və "Dövlət satınalmaları haqqında" qanuna görə formallıqlar mövcuddur. Bəzi hallarda heç o formal qaydalar belə tətbiq edilmir. Qaydalardan biri odur ki, tenderlərdə iştirak edən şirkətlər ağlabatan təcrübəyə malik olmalıdır. Amma bu ağlabatan təcrübə illə məhdudlaşdırılmayıb".

Ekspertin sözlərinə görə, birdə görürük ki, iki-üç aylıq şirkətlər tender udurlar. Bundan başqa, ən geniş yayılmış məsələlərdən biri odur ki, Azərbaycanda eyni şəxsə aid olan bir neçə şirkət ayrı-ayrı adlarla, yəni faktiki olaraq özünün olmasa da, onun yaxınlarına aid olan şirkətlər tenderə girirlər:

" Formal olaraq kənardan bu rəqabət mühitinin yarandığını göstərir. Faktiki olaraq həmin şirkətlərdən hansı udursa udsun 1 nəfər qalib gəlir. Bu sahədə ciddi problemlər var. Ən böyük problem isə qeyri-şəffaf mühitin olmasıdır. Medianın, sivil toplumun, siyasi partiyaların və vətəndaş cəmiyyətinin bu sahəyə nəzarət etmək imkanı yoxdur".

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 496   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər səsləndirib. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildiri

17 may
.

Paxıllıq hissi insanı ekstremizmə sövq edir - Alimlər

Cenevrə Universitetinin isveçrəli psixoloqları paxıllıq hissi ilə insanın radikal və ekstremist qruplarda iştiraka meyli arasında əlaqəni araşdırıb. Qaynarinfo xəbər verir ki, tədqiqat "Evolutionary Psychological Science" (EPS) elmi jurnalında dərc olunub. Radikallaşmanın ənənəvi nəzəriyyələr

16 may
.

Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. Sürücülərin əksəriyyət

17 may
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

Azərbaycanda hüquq məsləhətçisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd

16 may
.

Paytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı

Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub. Nizami RPİ 23-cü Polis Bölməs

17 may
.

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə müavinət təyin olunub. xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb. Son 7 ildə isə yaşa görə müavinət alanların sayı 4,1 dəfə artıb

17 may
.

Hacıqabulda vəzifəli şəxsin qəzada ölməsi barədə AÇIQLAMA - YENİLƏNİB + FOTO

"Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb". Bu barədə məlumat -ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-d

17 may
.

"Elmed Medical" və həkimi hakim qarşısında

Səhiyyə Nazirliyi, "Elmed Medical" və klinikanın lor cərrahı Əliyeva Natəvana qarşı irəli sürülmüş ittiham üzrə proses davam edir. xəbər verir ki, iddiaçı Yusuplu Cavid Qalib oğlunun şikayəti əsasında nazirlik, klinika və lor cərrahla bağlı Binəqədi Rayon Məhkəməsində işə baxılır. İşin mahiyyət

17 may