Bazar günü imtahan olacaq

Bazar günü imtahan olacaqMayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.az-a verilən məlumata görə, imtahanlar 15 şəhər və rayonda təşkil olunur və 11 943 nəfərin iştirakı nəzərdə tutulur

2024-cü il mayın 5-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 438   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO

Ötən gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına məxsus olduğu iddia edilən təcili tibbi yardım maşınının yararsız halda olması və içərisində pasiyentə tibbi xidmət göstərildiyinə dair yayılan görüntülər sosial şəbəkələrdə diqqət çəkib. TƏBİB -ın sorğusuna cavab olaraq yaranmış məsələyə aydınlıq gətirib

16 may
.

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşən gənclər tapılıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 13-də Nəsimi rayonu ərazisində 20 yaşlı, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində isə 27 yaşlı şəxslər itkin düşüb. Polis əməkdaşların daxil olan müraciətlər əsasında gördükləri tədbirlər nəticəsind

17 may
.

Salam Sarvan yenidən əməliyyat olundu

Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb. " "a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib. "Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər"

16 may
.

Azərbaycanda bələdiyyə sədri HƏBS EDİLDİ

Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri Əlfəddin Qeysəddin oğlu İbrahimovun vəzifə səlahiyyətlərin

16 may
.

Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə

16 may
.

II və III qruplar üzrə qəbul imtahanlarının vaxtı AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Bu barədə -a DİM-dən xəbər verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay

16 may
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib

16 may
.

10 mindən çox nikah, 5000-dən çox boşanma qeydə alınıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10 081 nikah və 5 124 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən -a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-

16 may
.

Azərbaycanda qaz bahalaşır? - AÇIQLAMA

Son olaraq 2021ci ildə Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpik hesabların. Hazırkı vəziyyətdə yaxın zamanlarda qazın qiymətin artım ola bilərmi? . Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. O bildib ki

16 may