""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov

""Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir" - Əhliman Əmiraslanov"Ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı Prosesi"nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə, çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

Deputat qeyd edib ki, "Bakı Prosesi" mədəniyyətlərarası dialoqu təşviq edir:

"Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. 1 may tarixində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu, xüsusən multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü. Qeyd etdi ki, "Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb".

Əhliman Əmiraslanov söyləyib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub:

"Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir". Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə də bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması, söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Bu gün Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr verir.

Mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir. Parlamentlər mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşmasında, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm və məxsusi rol oynayır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın da qeyd etdiyi kimi "İşğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Həmin ərazilərdə əsaslı bərpa və quruculuq işləri aparılır, tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir". Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir. Xüsusilə qeyd olunmalıdır ki, Qərbi Azərbaycan torpaqlarında mədəni irs abidələri hələ də vandalizmə məruz qalır. Ancaq təssüf ki, həmişə olduğu kimi yenə də beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmək istəmirlər. Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Bu baxımdan, Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 298   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

May ayında Azərbaycana qar yağdı - VİDEO

Son bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. xəbər verir ki, hər zaman isti hava ilə müşahidə edilən may ayında bu dəfə də qar yağıb. Naxçıvan rayonun Şərur rayonu ağ örpəyə bürünüb. Bu barədə "Günə son" proqramında kadrlar nümayiş olunub. Görüntülərin Şərurun Kərimbəyl

16 may
.

Paxıllıq hissi insanı ekstremizmə sövq edir - Alimlər

Cenevrə Universitetinin isveçrəli psixoloqları paxıllıq hissi ilə insanın radikal və ekstremist qruplarda iştiraka meyli arasında əlaqəni araşdırıb. Qaynarinfo xəbər verir ki, tədqiqat "Evolutionary Psychological Science" (EPS) elmi jurnalında dərc olunub. Radikallaşmanın ənənəvi nəzəriyyələr

16 may
.

Bakı metrosu TƏHLÜKƏ SAÇDI - YENİLƏNİB + VİDEO

Bakıda metronun stansiyalarından birində yaşanan təhlükəli anla bağlı rəsmi açıqlama verilib. Məsələ ilə bağlı -a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyala

15 may
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər". Bu barədə "Qafqazinfo"ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib

16 may
.

"Şagird sayının 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır" - Kamran Əsədov

Mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Bu günə kimi 102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib və onların müəllimləri seçilib. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Bə

16 may
.

"Dəmir Yolları" şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin satınalm

16 may
.

İnsanlarda travma yaradan psixoloqlar: Onların fəaliyyətini tənzimləyən qanun yaradılmalıdır" - Açıqlama

Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi əyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan "Müasir Azərbaycan ailəsi" analitik hesabatının birinc

15 may
.

Nazirliyin sabiq xanım əməkdaşı yüksək vəzifəyə təyin olundu

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir. xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir. Qeyd edək ki, A.Sabitova 2018-c

16 may
.

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"

16 may