Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Bəs keçmiş məcburi köçkünlər xaricində, Şuşada vətəndaşlar öz fərd yaşayış evini tikə bilər? Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sonxeber.az-a açıqlama verib:

"Şuşa elə şəhərlərdəndir ki, orada torpaq sahəsi məhdud saydadır. Yəni mövcud torpağın üzərində planlaşdırılan şəhər quruluşu istənilən kimi, arzuolunan şəkildə qurulmur. Bu baxımdan orada çoxmənzilli binalar tikirlər. Yəni kimin o vaxtı fərdi evi var idisə, onları bina evlərinə toplayırlar. Bu şəhərdə torpağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada alınması fərqli olacaq. Yəni burada ənənəvi üsul tətbiq olunmayacaq. Amma hansı formada olacaqsa, bu ancaq kommersiya tipli və daşınmaz əmlak ola bilər. Vətəndaşların istəyi üzrə fərdi evlərin tikintisinə imkan yaradılacağını düşünmürəm".

"Qaçqınkom"dan verilən məlumata görə, "Böyük Qayıdış" proqramı uğurla icra olunur. 2024-cü ildə Şuşadan başqa daha 5 şəhərimizə qayıdış planlaşdırılıb və artıq bu planın realllaşdırılması prosesi gedir. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri demək olar ki, başa çatıb. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil var. Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa edilir. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 881   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşən gənclər tapılıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 13-də Nəsimi rayonu ərazisində 20 yaşlı, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində isə 27 yaşlı şəxslər itkin düşüb. Polis əməkdaşların daxil olan müraciətlər əsasında gördükləri tədbirlər nəticəsind

17 may
.

"Elmed Medical" və həkimi hakim qarşısında

Səhiyyə Nazirliyi, "Elmed Medical" və klinikanın lor cərrahı Əliyeva Natəvana qarşı irəli sürülmüş ittiham üzrə proses davam edir. xəbər verir ki, iddiaçı Yusuplu Cavid Qalib oğlunun şikayəti əsasında nazirlik, klinika və lor cərrahla bağlı Binəqədi Rayon Məhkəməsində işə baxılır. İşin mahiyyət

17 may
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə

16 may
.

Azərbaycanda havalar nə vaxt isinəcək?

Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm

16 may
.

"Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər səsləndirib. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildiri

17 may
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

17 may
.

"Ağ çiçəyim"dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası "Ağ çiçəyim"in yanğından sonrakı görüntüləri yayılıb. Görüntülərdən də aydın olur ki, mağazadan demək olar ki, geriyə heç nə qalmayıb. Qeyd edək ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb. Sözügedən mənzərəni təqdi

16 may
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16 may