Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADIBu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi: "Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik".

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib: "Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik".

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: "Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub".

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən səkkiz nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: "Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: "Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik".

Proses daha sonra şahidlərin ifadələri ilə davam edib. Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı. Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində üç il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən dörd yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 511   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşən gənclər tapılıb. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 13-də Nəsimi rayonu ərazisində 20 yaşlı, mayın 15-də isə gecə saatlarında Səbail rayonu ərazisində isə 27 yaşlı şəxslər itkin düşüb. Polis əməkdaşların daxil olan müraciətlər əsasında gördükləri tədbirlər nəticəsind

17 may
.

"Elmed Medical" və həkimi hakim qarşısında

Səhiyyə Nazirliyi, "Elmed Medical" və klinikanın lor cərrahı Əliyeva Natəvana qarşı irəli sürülmüş ittiham üzrə proses davam edir. xəbər verir ki, iddiaçı Yusuplu Cavid Qalib oğlunun şikayəti əsasında nazirlik, klinika və lor cərrahla bağlı Binəqədi Rayon Məhkəməsində işə baxılır. İşin mahiyyət

17 may
.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

Məhkum yoldaşının boğazını kəsib - Kitabçasına baxdığına görə...

Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən "zon"ların birində baş verib. İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azə

16 may
.

Azərbaycanda havalar nə vaxt isinəcək?

Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm

16 may
.

"Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər səsləndirib. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildiri

17 may
.

Bakıda 15 yaşlı qız özünü binadan atdı - VİDEO

Paytaxtın Nizami rayonunda yeniyetmə qız özünü binadan ataraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2009 təvəllüdlü G. Quliyeva (ad şərtidir) özünü binadan ataraq həyatına son qoyub. Hadisə baş verən ərazidən görüntülər

17 may
.

"Ağ çiçəyim"dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Ötən gecə Bakıda bir neçə saat ərzində külə dönən məşhur gül mağazası "Ağ çiçəyim"in yanğından sonrakı görüntüləri yayılıb. Görüntülərdən də aydın olur ki, mağazadan demək olar ki, geriyə heç nə qalmayıb. Qeyd edək ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb. Sözügedən mənzərəni təqdi

16 may
.

Qaxda 32 yaşlı kişi intihar etdi

Qaxda 32 yaşlı kişi intihar edib. "Qafqazinfo"nun məlumatına görə, Qax şəhər sakini, 1992-ci il təvəllüdlü Rzayev Ağanir Aydın oğlu özünü həyətdəki yardımçı tikilidən asıb. A.Rzayevin hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

16 may