Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb.
Təmirin nə vaxt bitəcəyi və əvvəlki fəaliyyətin geri qayıdacağı tarix konkret bəlli deyil. Rəsmi qurumlar bunu sözügedən hadisə ilə əlaqədar istintaqın yekunlaşmaması ilə əlaqələndirirlər.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Perinatal Mərkəzə yeni direktor təyinatı təmir işləri tam yekunlaşandan və xəstəxana fəaliyyətini bərpa edəndən sonra baş tutacaq. Hələlik isə məlum hadisədə ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqda ittiham olunan mərkəzin direktoru Mehriban Abasquliyevanın yerinə təyinat olunmayıb. Amma Mehriban Abasquliyevanın yeniden Perinatal Mərkəzinə direktor gətiriləcəyi də iddia olunur.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sorğuya cavab vermir.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində altı körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilirlər.
Onu da bildirək ki, yanğın hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri hələ ki yekunlaşmayıb. Baş Prokurorluqdan sorğuya cavab olaraq istintaqın gedişatı ilə bağlı yeni məlumatın olmadığı bildirilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 540 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Dəmir Yolları" şübhəli satınalmaları davam etdirir – Təfərrüat
Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemologiya Mərkəzi tender müsabiqəsi keçirmədən 4 şirkətlə satınalama müqaviləsi imzalayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalama metodu əsasında imzalanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin satınalm
16 mayPaytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı
Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub. Nizami RPİ 23-cü Polis Bölməs
17 maySalam Sarvan yenidən əməliyyat olundu
Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb. " "a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib. "Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər"
16 mayDünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır. report-a istinadən xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib. Onun sözlərinə görə, "WhatsApp+"
16 mayAzərbaycanda hüquq məsləhətçisi vəfat edib
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərkibində "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Samir Nizami oğlu Hüseynov 46 yaşında qəfildən vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, o, institutd
16 mayAzərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi vəzifəsindən azad edilib. xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Bildirilib ki, baş həkim Elgün Səmədov öz ərizəsi ilə işdən ayrılıb. Qeyd edək ki, E.Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyi
16 mayUzunmüddətli linza istifadəsinin dəhşətli nəticələri ola bilər! - VİDEO
Görmə qüsurlarının aradan qaldırılması ilə bağlı ən yaxşı üsullarından biri linzalardır. Linzalardan yalnış istifadə görmə qabiliyyətinə mənfi təsir edir. Hətta bu görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilir. Bəs hansı hallarda linzalardan istifadə doğru hesab edilir?. xəbər verir ki, məsəl
17 may