Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında "8 qapı" - VİDEO

Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında "8 qapı" - VİDEOQədim tarixə malik Bakının Maştağa kəndi Azərbaycanın adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürlərini qoruyub saxlaması ilə seçilir. Məşhur kənd həm də ziyarətgahları ilə məşhurdur. Bəs bu ziyarətgahların tarixçəsi nəyə dayanır? Bu yeri maraqlı, daha doğru desək, sirli edən nədir?

Suallarımıza cavab tapmaq üçün Maştağa kəndinə yollandıq. Kəndə çatanda ilk görüşdüyümüz şəxs ağsaqqallara müraciət etməyimizi tövsiyə etdi. Onun məsləhətinə qulaq asıb, sakinlərin daha çox toplaşdıqları çayxanaya yollandıq.

Bizi xüsusi mehribanlıqla qarşılamaları ilkin olaraq sakinlərin qonaqpərvər olmalarından xəbər verir.

Kənd sakini Zakir Babayev deyir ki, Bakının 32 ən böyük kəndindən biri olan Maştağa ziyalıları, meyxanaçıları və ziyarətgahları ilə daha çox məşhurdur:

"Maştağa qədim ziyarətgahları olan "Aqil baba" və "8 qapı" pirləri, yüzlərlə insanın üz tutduğu çıldağı ilə tanınır. Bundan əlavə, kənd Cümə məscidinin minarəsinin daşlarından salınan "Kanal yolu" və Xonxar məhəlləsi də məşhurdur. Bizim də böyüklərimizdən eşitdiyimizə görə, hər birinin özünəməxsus tarixçəsi var".

Onun sözlərinə görə, Maştağadakı sözügedən məşhur yerlərə təkcə Azərbaycanın rayonlarından deyil, xarici ölkələrdən də gələnlər var: "Xüsusən çıldağa gələnlər çoxluq təşkil edir. Mən özüm də ehtiyac yarandıqca çıldağa gedirəm. Qorxuluğu götürmək, ya hansısa bir narahatlığımız olanda ora üz tuturuq. Əslində bu həm də tibbi prosedurdur, insan bədənində müəyyən nahiyələr var ki, ora çıldağ etməklə yatmış sinirləri oyadırlar".

Kənd ağsaqqallarından olan Əliəkbər kişi isə məşhur "8 qapı" pirindən bəhs edərkən deyir ki, ora əvvəllər "7 qapı" adlandırılıb, adı isə sonradan dəyişdirilib: "Əvvəllər 7 qapı idi, şəhərdən gələnlər indi oranı 8 qapı ediblər. Gələnlər niyyət edib, qapıları dolanırlar".
"8 qapı" və "Aqil baba" pirlərinin axundu Hacıhüseyn Babazadənin sözlərinə görə, bura olduqca güclü bir pirdir, hətta bir dəfə ölü gətirilən 3 yaşlı uşaq buradan dirilərək ayrılıb:

"Hazırda olduğumuz məkan Maştağa kəndinin müqəddəs ocaqlarından biridir. Bura şəfa və ziyarət niyyəti ilə gəlirlər. Bir dəfə bir uşağı gətirmişdilər. Ona sepsis diaqnozu qoyulmuşdu. Uşaq xəstəxanada dünyasını dəyişib, valideyni isə ümid yerini bu pir bilib, uşağı bura gətirmişdi. Mən onda minbərdə idim. Dedilər belə bir hal baş verib. Minbərdən çıxıb gəlincə gördüm hamı deyib gülür, dedilər bəs uşaq dirilib. Atası da uşağı aparıb".

Maştağanın sirlər dünyasının daha bir müəmmalı ünvanı "Kanal yolu" adlanan ərazidir. Sakinlərin sözlərinə görə, Maştağadakı Cümə məscidindən sökülən minarənin daşlarından yol tikintisində istifadə olunub. Onlar deyir ki, həmin yolda qəzaların sayı-hesabı yoxdur. İnanclara görə, qəzaların baş vermə səbəbi isə yolun sökülən minarənin daşlarından çəkilməsidir.

Elm və texnologiyanın da inkişaf etdiyi bir vaxtda bu cür inancların olması nə qədər maraqlı, təəccüblü olsa da, insanlar bura ümidlə üz tuturlar. Bu məqamda bizə onların duasına "Amin" deyib, buradaca çəkilişimizi yekunlaşdırmaq düşür.

Daha ətraflı "Report"un süjetində:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 384   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yuxusuz yaşaya bilən 10 heyvan: Bu necə mümkündür?

Bəzi heyvanların hər zaman aktiv olan beyinlərə sahib olduğunu, bəzilərinin isə ənənəvi "yuxu" mənasında aylarla yatmadığını bildikdə təəccüblənəcəksiniz. Təbiət dünyası bizi demək olar ki, hər gün öz sirləri və tapmacaları ilə təəccübləndirir, bəşəriyyət onların əksəriyyətinə hələ də cava

18 may
.

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. "Report" xəbər verir ki, bu, Biznes mühit

11 may
.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotin

12 may
.

Aviasiya Akademiyasını bitirib KLOUN işləyən şəxs: "Deyirlər, özünə kişi işi tap" - VİDEO

Bakıda klon kimi fəaliyyət göstərən ali təhsilli klounun açıqlamaları diqqət çəkib. APA TV-yə müsahibə verən kloun insanların onun peşəsinə olan münasibətindən gileylənib. "Özünə kişi işi tap" kimi ifadələrlə qarşılaşan müsahib narazılığını dilə gətirib. Daha ətraflı videoda:

12 may
.

Hamı bu toydan DANIŞIR - Qızıllar çamadanlarda daşındı

Türkiyənin Şanlıurfa şəhərində baş tutan aşirət toyunda gəlinə kilolarla qızıl verilib. IHA-ya istinadən xəbər verir ki, İzol aşirətindən olan iş adamı Mehmet Aydınlık və bankir Ayşegül Altuner evlənib. Məlumata görə, AK Partiya və CHP siyasətçilərini bir araya gətirən möhtəşəm toy gecə saatlarına qədə

18 may
.

"Alkoqol proqramı": Spirtli içkilərin pulsuz paylanıldığı şəhər

San-Fransisko səhiyyə xidmətləri evsiz şəxslərə pulsuz spirtli içkilər paylamaq üçün ildə beş milyon dollar xərcləyir. Alkoqol asılılığından əziyyət çəkənlərlə bağlı oğurluq və digər insidentlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş proqram ictimai fəalları tərəfindən tənqid edilib. Bildirir ki, "alkoqo

12 may
.

Efiopiyalı qadın 16 ildir ac-susuz yaşayaraq ana olub

Efiopiyalı qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir. Məlumata görə, söhbət bir anda yemək ehtiyacını itirən Muluvork Ambraudan gedir. O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son qida isə qırmızı mərci şorbası olub. Qadının vaxtının çox hissəsini həyət-bacaya sərf edir, çoxl

12 may
.

Türkiyədə bir evdən 17 maşın zibil çıxdı - VİDEO

Türkiyədə bir evdən 17 yük maşını zibil çıxarılıb. İnanılmaz hadisə Kocaeli vilayətinin Gebze rayonunda qeyddə alınıb. Məlumata görə, həyət evindən pis qoxulardan bezən qonşular rayonun Gigiyena Şurasına müraciət ediblər. Qurum nümayəndələri evin vəziyyətini gördükdən sonra xüsusi bölmələr ünvana cəl

11 may
.

Xaqani bağı ətrafında yenidənqurma işləri başlayıb

Bakıda yerləşən Xaqani bağının ətrafında yenidənqurma işləri başlayıb. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir müddət öncə Xaqani bağının ətrafı avtomobillər üçün bağlanmışdı

12 may