Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılarAbşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.

Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.

Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 568   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərl

18 may
.

"Ağ çiçəyim" gül mağazası yanır - YENİLƏNİR - VİDEO

Bakıda "Ağ çiçəyim" gül mağazasında baş verən güclü yanğınla mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın baş verməsi barədə daxil olmu

16 may
.

Cəlilabadda iki nəfər bıçaqlanıb, saxlanılan var

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıye

19 may
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18 may
.

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında

19 may
.

Əhaliyə PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər. Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir. İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrd

19 may
.

Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Belə ki, o, dostunu xilas edərkən həyatını itirib. Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:. "O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birini

19 may
.

Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib

Moskvada Hondurasın Rusiyadak səfiri Xuan Ramon Elvir Salqado qəflətən vəfat edib. "Report" xəbər verir ki, bu barədə Hondurasın xarici işlər naziri Enrike Reyna sosial şəbəkədə bildirib. KİV-də yayılan məlumata görə, Salqado evdə keçinib. Diplomat şəhərin Zamoskvoreçye rayonunda yaşayırdı

19 may
.

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil

18 may