Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə duz istehsalının 13 faiz artdığı məlum olur. Komitənin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 174,3 ton çoxdur. Hətta 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı olmayıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Duz dağına dönən ömrümüz

Maraqlıdır, artımın səbəbi nədir? Ən əsası, dünyada əksər insanların duzdan imtina etməyə, yaxud istifadəni azaltmağa çalışdığı halda bizim duz sevgimiz nədən qaynaqlanır?

Duz sevgimiz hətta atalar sözləri, məsəllərdə də özünü büruzə verir. Məsələn, "aşın tamı duz ilə, adamı tanı söz ilə", yaxud, "ömrün duz dağına dönsün", - deyirik. Həmçinin atalarımız deyir ki, "adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır". Yəni bir adamla 16 kiloqram duz yeməliyik ki, onun necə insan olduğunu bilək.

Rəqəmlərin artmasında vergi xidmətinin rolu var

Mütəxəssislər duz istehsalının artımını ixrac və ölkədə duza olan tələbatın artması ilə əlaqələndirirlər. İqtisadçı Fuad İbrahimov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, əvvəllər duz yığımı kortəbii şəkildə baş verirdi, indi isə iqtisadi dövriyyəyə cəlb edilir, rəsmi şəkildə istehsal olunur: "Bəzi duz yataqlarından istifadə olunmurdu. İndi həmin yataqlar iqtisadi dövriyyəyə cəlb edilirlər. Bundan əlavə, əvvəlki dövrlərə nəzər salsaq, uçotun istehsal prosesindəki vəziyyəti indiki kimi deyildi. Uçot prosesi sağlamlaşır və bu da statistikada özünü göstərir. Rəqəmlərin artmasında vergi xidmətinin xüsusi rolu var".

Mütəxəssis vurğulayır ki, duz bazarında heç vaxt defisit olmur. Tələbat nədirsə, o da istehsal edilir: "Duz istehlakı bazarı elədir ki, nə qədər lazımdırsa, o qədər istehsal olunur. İstehlakla yanaşı, nəzərə almaq lazımdır ki, idxal da edirik. Bu səbəbdən rəqəmlərin artması normaldır".

Duz sevən xalq olsaq da...
Duz sevən xalq olsaq da, onun orqanizmə olan zərərləri danılmazdır. "Üç ağdan uzaq durun" deyimi boşuna yaranmayıb. Zərərli qidalar siyahısında duz ilk üçlükdədir. Mütəxəssislər bildirirlər ki, duz yalnız təzyiqi qaldırması ilə məşhur deyil, xüsusilə təmizlənmiş duz insan sağlamlığına ciddi təhlükə yaradır.

Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, qida rasionumuzdakı natrium mənbəyi olan duz insan orqanizmində maye balansını tənzimləməkdə mühüm rol oynayır. Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların gündə beş qramdan az duz istehlak etməsini tövsiyə edir: "Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır ki, insan onu duz vasitəsilə alır. Bədənimizdə duza mineral azlığı, yaxşı qidalanmama, tərləmə, dad alma hissinin yaranmaması, stress və yorğunluq zamanı ehtiyac yaranır. Bununla yanaşı, içdiyimiz suların tərkibində yod çatışmazlığı mövcuddur. Bu çatışmazlıq qalxanabənzər vəzlərin xəstəliyini yaradır. Yodlaşdırılmış duzlar isə belə halların qarşısını almaqda kömək edir. Bu səbəbdən ÜST duzun yodlaşdırılmasını dünyada yod çatışmazlığının qarşısının alınması üçün əhəmiyyətli səhiyyə strategiyası hesab edib".

Hipertoniya, insult, böyrək xəstəlikləri, artıq çəki...

Mütəxəssis deyir ki, qida sənayesində məhsulun keyfiyyət xüsusiyyətləri və istehlakçı tərəfindən qəbul edilməsi tərkibindəki duzun miqdarı ilə bağlıdır: "İşlənmiş qidalar, ət məhsulları (kolbasa, sosiska və s.), duzlu çərəzlər (çipslər, krekerlər, duzlu fıstıq, günəbaxan tumları və s.), pendir və başqalarını buna nümunə göstərmək olar. Duzun istifadəsi nəinki qida istehsalında geniş yayılıb, günümüzdə fərqli sahələrdə, dəriçilikdə, maldarlıqda, sutəmizləmə sistemlərində istifadə edilir. Bu səbəbdən istehsalın artması normaldır".

Zərərlərinə gəldikdə isə mühəndis deyir ki, hazırda duzun rəflərdəki ömrünü uzatmaq üçün istehsalda qatqılardan istifadə edilir: "Duz orqanizmdə maye balansını tənzimlədiyi üçün həddindən artıq qəbulu bədənimizdə maye artıqlığına səbəb ola bilər ki, bu da üzdə, əllərdə, ayaqlarda şişkinlik yaradır. Eyni zamanda, insan orqanizmində yüksək qan təzyiqi (hipertoniya), insult kimi ürək-damar, böyrək xəstəlikləri, artıq çəki kimi bir sıra problemlərə səbəb olur. Bununla yanaşı, hazırda duzun rəflərdəki ömrünü uzatmaq, nəm çəkmə səbəbindən yaranan topalanma, bərkimə və s. problemlərin qarşısını almaq üçün qida əlavələrindən istifadə edilir. Bunlardan ən geniş yayılan E173 (Alüminium hidroksid) və E171 (Titanium dioksid) kodu ilə tanınan qatqılardır. Bu qatqılar nəm çəkməyə qarşı istifadə olunur və təhlükəli qida əlavələri qrupuna aiddirlər".

Hansı duzlardan istifadə etməliyik?

S.Quliyeva bildirir ki, duzun istehlakında keyfiyyətinə görə daş və bişirilmiş duz daha əhəmiyyətli hesab edilir: "Himalay duzu və rafinə edilməmiş qaya duzunu nümunə göstərmək olar. Bəzən insanlar duz miqdarının azaldılması məqsədilə dadlandırıcı olaraq duzun əvəzinə yeməklərdə ətirli ot, limon suyu, şərab, sirkə kimi əlavələrdən də yararlanırlar".

Son olaraq, həkimlər tövsiyə edirlər ki, yuxarıda sayılan təhlükələrdən qorunmaq üçün süfrələrdən duzqabılar çıxarılmalı, yeməklərdə bərk, təhlükəsiz, keyfiyyətli və təmiz qaya duzundan istifadə edilməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 538   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12 may
.

Elbay Qasımzadə: "Şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq"

"Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, "zərərin yarısından da qayıtma

11 may
.

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olaraq səyahət etməkdən imtina etməlidirlər". Bunu rusiyalı tibb elmləri namizədi

12 may
.

"Apple" şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

"Apple" şirkəti bu həftə yeni ultra nazik "iPad Pro" ilə birlikdə "Crush" reklamını təqdim edib. Ancaq video çıxdığı iki gündə çoxlu tənqidə məruz qalıb. "Apple" buna cavab olaraq videonun yersiz olduğunu etiraf edib və üzrxahlıq edib. "Crush" reklamınd

12 may
.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12 may
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18 may
.

Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: Gənc qız... - VİDEO

Bakıda avtobusda çəkilən görüntü diqqət çəkib. bildirir ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoda gənc qızın açıq-saçıq geyimdə ictimai nəqliyyatda özünü nümayiş etdirməsi birmənalı qarşılanmayıb. Əlində içki ilə video çəkdirən qız sərnişinlərin təəccüblü baxışlarına məhəl qoymadan obyektiv

12 may
.

Çində günəşi daha yaxından izləyəcəklər

Çin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb. Güclü astronomik alət texniki sınaqlardan uğurla keçib. Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxta

12 may
.

"Alkoqol proqramı": Spirtli içkilərin pulsuz paylanıldığı şəhər

San-Fransisko səhiyyə xidmətləri evsiz şəxslərə pulsuz spirtli içkilər paylamaq üçün ildə beş milyon dollar xərcləyir. Alkoqol asılılığından əziyyət çəkənlərlə bağlı oğurluq və digər insidentlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş proqram ictimai fəalları tərəfindən tənqid edilib. Bildirir ki, "alkoqo

12 may