Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram""Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu".

Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib.

Stella Assanj Londonda Belmarş həbsxanasında saxlanılan ərinin vəziyyəti və psixoloji durumu haqqında danışaraq deyib ki, Culian son aylarda çox çətin zamanlar keçirib:

"Həbsxanada hər gün fərqlidir, onun qaldığı həbsxana çox sərt rejimli həbsxanadır. O, gündə 21-22 saat təcrid olunur və xarici aləmlə çox məhdud əlaqəsi var. İnternet yoxdur. Radioya isə qulaq asa bilir. Mənə, ailə üzvlərinə, vəkillərinə zəng edə bilir. Lakin bu, çox məhdud əlaqədir. Artıq beş ildir ki, oradadır. Bu, onun üçün çox çətin hal alıb".

Stella Assanj qeyd edib ki, o, Culianın ABŞ-də ədalətli mühakimə olunacağına inanmır:

"Culianın ABŞ-də ədalətli mühakimə olunacağı ehtimalı yoxdur. Çünki o, jurnalist olduğuna, doğru olan məlumatı alaraq onu ictimai maraqlar naminə dərc etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilir. Buna görə də ona qarşı ittihamlar bütün dünyada jurnalistlərin fəaliyyətinə qarşı cinayət hesab edilir".

Müsahibimiz qeyd edib ki, hətta Culiana açılan işin müddəaları yanlışdır və Casusluq Aktı ilk dəfədir ki, bir naşirə qarşı istifadə olunur.
"Culianın bu informasiyaları hansısa xarici dövlətin adından nəşr etdiyinə dair heç bir iddia yoxdur. ABŞ özü etiraf edir ki, Culian bunları ictimaiyyət üçün nəşr edib. Ancaq o, bunları ictimai maraqlar naminə nəşr etdiyini iddia edə bilmir, öz müdafiəsini bunun üzərində qura bilmir. ABŞ onu Casusluq Aktı ilə 17 maddə və CFAA (Kompüter Fırıldaqçılığı və Sui-istifadə Aktı) üzrə bir maddə ilə ittiham edib və bu, 175 il həbs cəzası deməkdir", - deyə Stella Assanj bildirib.

Stella Assanj növbəti məhkəmə dinləməsinin mayın 20-də keçiriləcəyini deyib. O vurğulayıb ki, bu, Culianın İngiltərədə ekstradisiya mübarizəsinə son verə biləcək dinləmədir: "Əgər o, prosesdə uduzarsa, Böyük Britaniya onu ekstradisiya etmək üçün hərəkətə keçəcək. Əlbəttə ki, Culian Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək, lakin bu, heç bir zəmanət deyil. Əgər ekstradisiya qərarı çıxarsa, Culian bir neçə saat, bir neçə gün və ya həftə ərzində ekstradisiya edilə bilər".

Londonda özünü təhlükədə hiss edib-etmədiyi ilə bağlı sualı Stella belə cavablandırdı: "Mən Londonda, xüsusən də Culianın səfirlikdə təzyiqə məruz qaldığı və əziyyət çəkdiyi dövrdə özümü təhlükə altında hiss etmişəm. Məni izləyirdilər, mənə bir şey olardısa, bundan Culianı səfirlikdən çıxarmaq üçün təzyiq vasitəsi kimi istifadə edəcəkdilər. Əlimizdə bununla bağlı dəlillər də var idi".

Qeyd edək ki, 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib.

Bu il martın 26-da Britaniya məhkəməsi Assanjı dərhal ABŞ-yə təhvil verməkdən imtina edib. Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 300   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib. Qeyd olunur ki, həyatını itirən şəxslər ştatın paytaxtı Kolkatadan 327 kilometr şimalda yerləşən Malda rayonunun sakinidirlər. Hadisə sakinlər tarlada işləyərkən baş verib

17 may
.

Kişi 10 il həyat yoldaşından DƏHŞƏTLİ SİRRİ GİZLƏTDİ

Britaniyalı qadın anonim hekayəsində iddia edir ki, əri 10 illik münasibəti zamanı ona sistemli şəkildə yalan danışıb və o, həqiqəti öyrənəndə şoka düşüb. O, əri ilə 8 ildir evli olduğunu, lakin 10 ildən artıqdır birlikdə olduqlarını deyib. xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli mübahisə zaman

16 may
.

Sahibkar 14 yaşlı qıza təcavüz etdi: Qadın salonunda...

Türkiyədə 14 yaşlı qıza cinsi təcavüz edən şəxs ilkməhkəmədə sərbəst buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, 14 yaşlı qıza cinsi təcavüz etdiyi iddiası ilə həbs olunan və barəsində 48 il 3 ay həbs cəzası tələb edilən şəxs ilk iclasda sərbəst buraxılıb. İddiaya görə, qadın salonunda təcrüb

16 may
.

Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili xilas etdi - FOTO

Türkiyədə AK Partiya Elazığ Millət vəkili Prof. Dr. Erol Keleş Ankara-Elazığ arasında uçan təyyarədə ürəyi dayanan sərnişini ürək masajı edərək həyata qaytarıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra təcili yardımla xəstəxanaya çatdırılan sərnişinin vəziyyəti yaxşıdır

17 may
.

Anasını yataqda öldürdü, atasını yaraladı

Türkiyənin Ərzurum şəhərində anasını öldürən, atasını yaralayan Ahmet Yavuz adlı şəxs saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs 15 il həbs cəzası alıb. Ərzurumda baş verən hadisədə universitet tələbəsi Ahmet Yavuz yatan anası mətbəxdən götürdüyü bıçaqla 5 bıçaq zərbəsi vuraraq öldürüb

17 may
.

ABŞ-də "bomj"lara pulsuz araq paylanılır

San-Franskoda hər il evsiz adamlara alkoqollu içkilər verilməsinə 5 milyon dollar xərclənir. "Medicina" xəbər verir ki, əslində milli sağlamlıq çərçivəsində həyata keçirilən bu layihədə məqsəd bu adamların il ərzində içdiyi alkoqolu məhdudlaşdırmaqdır. Belə olduğu halda evsizlər dövlətin gözlədiy

16 may
.

Dəhşət! 28 ildi zorla saxlanılan şəxs, qonşunun evində bu vəziyyətdə TAPILDI - VİDEO

Əlcəzairdə bir şəxsin 1996-cı ildən bəri qonşularından birini evində zorla saxlanıldığı bildirilib. xarici mediaya isitinadən xəbər verir ki, 1996-cı ildə 16 yaşında ikən qaçırılan Ömər bin Umran mayın 13-nə keçən gecə qonşusunun evində samanla örtülmüş çuxurda tapılıb. Həmin şəxsin şok içində olduğ

16 may
.

4 yaşlı uşağa təcavüz iddiası məhəlləni ayağa QALDIRDI: Ana həmin şəxsin...

Türkiyənin Adana şəhərində küçədə oynayan 4 yaşlı uşağa cinsi təcavüz iddiası məhəlləni ayağa qaldırıb. xarici mediaya istinadən xəbər verir ki, 4 yaşlı uşağa təcavüz etdiyi güman edilən suriyalı şəxs sakinlər tərəfindən döyülüb. 4 yaşlı oğlan uşağı anası tərəfindən alt paltarı çıxarılmış halda boş tarlad

17 may
.

Ərdoğan bu generalları əfv etdi

Türkiyədə 1997-ci ildə baş verən postmodern çevrilişdə ("28 Fevral prosesi") iştirak etməkdə təqsirli bilinərək həbs edilən yüksəkvəzifəli 14 nəfər əfv edilib. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qəra

17 may