Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏYGürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi şərhçi Vaso Kapanadze deyib.

O, qeyd edib ki, hər bir ölkə milli maraqları üzərindən inkişaf etməlidir: "Gürcüstan höküməti çətin dövrdən keçir. Çünki, hazırkı vəziyyətdə istər Qərb, istərsə də ABŞ-nin təzyiqlərinə tab gətirib, qanun layihəsini qəbul etmək olduqca çətin məsələdir.

Təbii ki, onlar Gürcüstanın gələcəyi və inkişafı naminə, milli maraqlarımız üçün bunu etməlidir: "Ya öz siyasi kursları ilə milli maraqları qorumağa davam edəcəklər, ya da xarici qüvvələrin oyuncağı olacaqlar. Buna nümunə olaraq Ukraynanı misal gətirə bilərik. "Maydan" hadisələrini yada salaq. Bundan sonra da Ukraynada olanları bilirik. Ölkəni müharibəyə çəkdilər və Ukraynanı demək olar, məhv etdilər.

Gürcüstan xalqı isə bu təxribatları başa düşür. Xalq və hökumət burada ikinci cəbhənin açılmasına imkan verməyəcək. Gürcü xalqı destruktiv qüvvələrin məkrli planlarını həyata keçirməsinə şərait yaratmayacaq".

V.Kapanadzenin sözlərinə görə, hazırda Qərb və ABŞ-nin beyin mərkəzləri Gürcüstanda çevriliş niyyətindədir. Hökumət bunu çox yaxşı başa düşür: "Tarixdə iki dəfə bu səhvi buraxmışıq. Sonuncu dəfə 2003-cü ildə "Qızılgül inqilabı"nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək hakimiyyətə gətirdi. Sonra vədləri yerinə yetirmədi və ondan, eləcə də gürcü xalqından istifadə etdi. Torpaqlarımızı itirdik, insanlarımız müharibədə həlak oldular.

Bu dəfə buna imkan verməyəcəyik, milli maraqlarımızı qoruyacağıq. Bu qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində olacaq".

V.Kapanadze qeyd edib ki, Gürcüstanda siyasi oyunlar gedir: "Ölkədə ciddi siyasi oyunların şahidi oluruq. Təbii ki, indi baş verənlər qarşıdakı parlament seçkiləri üçün planlanmış məsələlərdir. Ona görə də, oktyabra qədər çətin dövrdən keçəcəyik. Gürcüstanda baş verən proseslər təbii ki, təkcə bizi yox, regionu da maraqlandırır. Çünki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh rolunu oynayan ölkələrdəndir. Mühim strateji nöqtədə yerləşir. Şərqlə Qərbi birləşdirən məkandır. Təbii ki, Qərb və ABŞ burada böyük planlar qurur. Amma bütün bunlara baxmayaraq, təkcə Gürcüstanın yox, regionun inkişafı üçün əlimizdən gələni edəcəyik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 258   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə Ayın uzaq tərəfini Yerdən görə bilmirsiniz? - FAKT

Ayın bizə tanış və görünən tərəfdən fərqli olaraq, qarşı tərəfi uzun müddət yer üzündəkilər üçün gizli qalıb. Ancaq kosmik gəmilər və müxtəlif kosmik agentliklər tərəfindən həyata keçirilən missiyalar sayəsində biz bu sirli yeri ilk dəfə 1959-cu ildə "Sovet Luna 3" kosmik gəmisi sayəsində gör

15 may
.

180 uşağı olan ata həyatından danışdı

Soyadını açıqlamamağı seçən Co Donor adlı bir kişi həyatından danışıb. "Metro"ya istinadən xəbər verir ki, sözügedən kişinin bioloji olaraq 180 uşağı var. O, 13 ildən artıqdır ki, təbii, qismən və süni mayalanma kimi müxtəlif üsullardan istifadə edərək sperma donorluğu ilə məşğuldur. Onun sözlərin

16 may
.

Qocanın dəhşətli ölümü: Pis qoxular 5 aylıq həqiqəti ortaya çıxardı

Türkiyədə təxminən 5 ay əvvəl öldüyü ehtimal edilən şəxsin cəsədi konteynerdə tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı Həsən Çətinkayaya məxsus konteynerdən qoxuların gəlməsi ilə vətəndaşlar vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar apardıqlar

17 may
.

Türkiyənin ilk astronavtının qumdan heykəli hazırlanacaq

Türkiyənin ilk astronavtı Alper Gezeravcının qumdan heykəli də hazırlanaraq sərgilənəcək. bu barədə Türkiyə meidasına istinadən xəbər verir. Qeyd edilir ki, Gezeravcının qumdan heykəli Antalyada "Kosmos macərası" mövzusu ilə mövsümü açan Antalya Qum Heykəl Festivalında yaxın günlərdə hazırlanacaq

16 may
.

NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?

Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanması var

18 may
.

Dünyanın ən kiçik dövlətində görünməmiş etiraz - nə baş verib?

Vatikanda görünməmiş etiraz aksiyası başlayıb: muzey işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. xarici KİV-ə istinadən xəbər verir ki, Vatikan administrasiyasına (Governatorato) göndərilən və ilk dəfə "Corriere della Sera" qəzetinin açıqladığı məktubda 47 mühafizəçi, bir konservato

15 may
.

Qarajdan 4 kişi meyiti tapıldı

Rusiyanın Çelyabinsk şəhərindəki qarajların birində 4 kişi meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, onların meyitləri mayın əvvəlində aşkarlanıb. İlkin məlumata görə, kişilər dəm qazından zəhərlənərək ölüblər. İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə idarəsi bildirib ki, mütəxəssislə

17 may
.

Fransa ordusu Ukrayna üçün "supergizli" kəşfiyyatçılar hazırlayır

Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır. Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub. "Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmə

18 may
.

Kadırovun "sağ əli" istefa verib

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ən yaxın adamlarından biri hesab olunan Maqomed Daudov Çeçenistan parlamentinin sədri vəzifəsindən istefa verib. Bu barədə məlumatı yerli "Qroznı" dövlət telekanalı yayıb. M.Daudov bildirib ki, o, Çeçenistan Respublikasının başçısı Ramza

15 may