GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilərTürkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyinin (GAZBIR) prezidenti Yaşar Arslan deyib.

"Dağ-mədən sənayesi sahəsi ilə bağlı sənədə, eləcə də enerji tənzimləmələrini ehtiva edən bəzi qanunlara dəyişikliklə bağlı parlament tərəfindən qəbul olunan təkliflər Türkiyənin Avropa ölkələri, xüsusən də qonşuları ilə LNG ticarətinin yolunu açır", - Y.Arslan bildirib.

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Türkiyə ötən il 50,5 milyard kubmetr təbii qaz idxal edib ki, bunun da təxminən 30 %-i LNG şəklindədir.

GAZBIR rəhbəri qeyd edib ki, son 10 ildə Türkiyəyə idxal olunan qazda LNG-nin payı 15 %-dən 30 %-ə yüksəlib: "Gələcəkdə bu rəqəmin 40 %-ə yüksələcəyini təxmin edirik. Bundan əlavə, Türkiyə yeni müqavilələr sayəsində ani və ucuz maye qaz alacaq".

Arslan Sakarya təbii qaz yatağının istifadəyə verilməsi ilə Türkiyədə hasilat gücünün ildə 350-400 milyon kubmetrdən 800-850 milyona qədər artdığını da vurğulayıb.

Türkiyənin ötən il 900 milyon kubmetr təbii qaz ixrac etdiyini deyən GAZBIR rəhbəri idxalçılar arasında birinci yerdə Bolqarıstanın olduğunu söyləyib (370 milyon kubmetr).

"Xüsusilə, Rusiya və Azərbaycanda yarana biləcək artıq təbii qazı ən qısa zamanda idxal edəcək ölkələrə çatdırmaq vəziyyətindəyik. Yaxın illərdə Türkiyənin qonşuları, xüsusilə də Şərqi Avropa ölkələri ilə ticarət imkanları, təbii qaz kəşfiyyatı yataqlarında hasilat gücünün artırılması və təbii qazın mayeləşdirilməsi ilə yanaşı, Aralıq dənizi və Qara dənizdə mümkün yeni kəşflər Türkiyənin mövcud idxal müqavilələri ilə yaxşılaşdırıla bilər", – deyə o əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 202   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

MN: "Azad edilən ərazilərdə 13 mindən çox mina aşkarlanıb"

Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi minalardan tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37 583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib

18 may
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17 may
.

Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh

18 may
.

Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. Sürücülərin əksəriyyət

17 may
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE

General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. yeni komandanın dosyesini təqdim edir:. Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərd

18 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb. "Unikal"ın əldə etdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyy

18 may