İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi
İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib.
Oxu.Az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət "İslami Cihad"ın "yüksək rütbəli döyüşçüsü", Rəfah briqadasına komandirlik edən Ayman Zaarabdan gedir. O, səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının ordu və əks-kəşfiyyatdan daxil olan məlumatlar əsasında endirdiyi zərbələr nəticəsində zərərsizləşdirilib. Onunla birlikdə eyni binada olmuş "İslami Cihad"ın daha iki yaraqlısı zərərsizləşdirilib.
İsrail ordusunun məlumatına görə, Zaarab 2023-cü il oktyabrın 7-də fələstinli radikalların İsrailə hücumu zamanı "İslami Cihad"ın xüsusi qüvvələrinə komandanlıq edib. Bundan əlavə, o, son illər radikalların İsrail ərazisinə soxulmaq üçün bir neçə cəhdinin hazırlanmasına rəhbərlik edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 195 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
Amerikanın "Global Fire" təşkilatı NATO-nun 10 ən güclü ordusu ilə bağlı araşdırma dərc edib. -a istinadən bildirir ki, araşdırmaya əsasən 1-ci yerdə 831 milyard dollar hərbi büdcə ilə ABŞ ordusu gəlir. ABŞ-ın 1 milyon 400 min əsgəri, 13 min hava qüvvəsi, 4600 tankı və böyük donanması var
18 mayABŞ-də "bomj"lara pulsuz araq paylanılır
San-Franskoda hər il evsiz adamlara alkoqollu içkilər verilməsinə 5 milyon dollar xərclənir. "Medicina" xəbər verir ki, əslində milli sağlamlıq çərçivəsində həyata keçirilən bu layihədə məqsəd bu adamların il ərzində içdiyi alkoqolu məhdudlaşdırmaqdır. Belə olduğu halda evsizlər dövlətin gözlədiy
16 mayTürkiyənin ilk astronavtının qumdan heykəli hazırlanacaq
Türkiyənin ilk astronavtı Alper Gezeravcının qumdan heykəli də hazırlanaraq sərgilənəcək. bu barədə Türkiyə meidasına istinadən xəbər verir. Qeyd edilir ki, Gezeravcının qumdan heykəli Antalyada "Kosmos macərası" mövzusu ilə mövsümü açan Antalya Qum Heykəl Festivalında yaxın günlərdə hazırlanacaq
16 mayMüharibədən öncə burada 17 min nəfər yaşayırdı... - Təxliyə görüntüləri
Xəbər verdiyimiz kimi, mayın 15-i Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Lukyantsi və Qlubokoe yaşayış məntəqələrinə nəzarətin ələ keçirildiyi barədə məlumat yayıb. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumunu təsdiqləyib. Rusiya Prezidenti Vladimir Puti
18 mayQocanın dəhşətli ölümü: Pis qoxular 5 aylıq həqiqəti ortaya çıxardı
Türkiyədə təxminən 5 ay əvvəl öldüyü ehtimal edilən şəxsin cəsədi konteynerdə tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 71 yaşlı Həsən Çətinkayaya məxsus konteynerdən qoxuların gəlməsi ilə vətəndaşlar vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar apardıqlar
17 may