Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.
Bizim.Media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.
Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.
O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.
Onlar ailə həyatı qurmayıblar.
Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 2108 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDələduzlar professoru da bu üsulla aldatdılar
Rusiyanın Sankt-Peterburq şəhərində professora qarşı dələduzluq edilib. yerli KİV-ə istinadla bildirir ki, mayın əvvəlində özünü bankın təhlükəsizlik işçisi kimi təqdim edən naməlum şəxs Sankt-Peterburq Dövlət Universitetinin 73 yaşlı müəllimi, filologiya elmləri doktoruna zəng edib. Dələduz bəzi cinayətkarları
11 mayƏyyar İmanov QƏFİL VƏFAT ETDİ
Rusiyada yaşayan gənc azərbaycanlı biznesmen qəfil vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Sankt-Peterburq şəhərində biznes fəaliyyəti göstərən Əyyar İsmayıl oğlu İmanov bu gün dünyasını dəyişib. Onun nəşi sabah Bakıya gətirilərək dəfn ediləcə
18 mayLənkəranda baş verən ZƏLZƏLƏNİN GÖRÜNTÜLƏRİ - DƏHŞƏTLİ VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Talış dağlıq zonasında 5.2 və 4.4 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ Lənkəran və ətraf rayonlarda hiss edilib. Zəlzələ anına aid videolar sosial şəbəkələrdə yayılıb. Baş verən zəlzələ sakinlər arasında təşvişə də səbəb olub
12 mayBakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı
Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərl
18 mayQadının əsnəməkdən çənəsi kilidləndi
ABŞ-də qadın əsnəyərkən bədbəxt hadisə ilə üzləşib. "Unikal"-a istinadən xəbər verir ki, qadının əsnədiyi zaman çənəsi kilidlənib. Elmi adı trismus adlanan bu vəziyyət qadını və ailəsini narahat edib. İlk zaman amerikalının ailəsi onun zarafat etdiyini düşünüb. Lakin çənəsini bağlaya bilməyə
18 mayİmişlidə körpə yol qəzasında ağır xəsarət alıb
İmişli rayonunda körpə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2024-cü il təvəllüdlü F.N xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra Bakıda yerləşən xəstəxanalarda
11 mayNərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mərdəliyev Müqabil Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zaman
12 may