"Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən"

"Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən""Hər kəsə həyat bir cür çatır. Adam var ki, özündən hədsiz razıdır. Adam da var ki, mənim kimi sadədir, insanlığı var. Xalqın pulunu qazanıb yeyirlər, xalqı bəyənmirlər. Qınlarından çıxırlar, qınlarını bəyənmirlər. O zaman getməyin də xalqın toylarına, məclislərində oxumayın da. Pulları yaxşıdır özləri pisdir? Bilmirəm özlərini kimlərdən qoruyurlar, kimdən çəkinirlər? Vallah onları başa düşmürəm. Hərənin bir cür xasiyyəti var. Sonradan görmüş adam tez qudurur. İnsanın gərək zatı, kökü olsun, görüb-götürmüş olsun. O xalqdan soruşmaq lazımdır ki, bunlar sizi bəyənmir, niyə onları toya aparıb çörək verirsiniz?"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.
"55 ildir qarmonun üstündə oxşayıb ağlayıram. Birazdan çənəm də qarmona dəyəcək. Mənə indiyə qədər bir adam heç nə bağışlamayıb. Bütün günü efirlərdə müğənnilərə hədiyyə bağışlayırlar. Onlarda yəqin ki, nəsə var da. Özləri öz işlərini yaxşı bilirlər. Boş-boşuna adam adama heç nə verməz. Gedim1 manat istəsən kimdənsə, deyər ki, yoxumdur. Sənətlə o yerə gəlib çatmaq olmur. Şəxsən mən özümdən danışıram. Qarmonla heç nə etmək olmur. Bunun kommunalı var, toyu var, yası var, yeməyi var, uşaq var, nəvə var. Onları güc-bəla ilə həll edirəm. Onlar efirə çıxan kimi villaları da olur, maşınları da. Görməmişəm, hələ mənə gəlib çatmayıb" deyə Gövhər Rzayeva deyib.

"Heç vaxt özümdən razı olmamışam. Allahın mənəm-mənəm deyən insanlardan xoşu gəlmir. Mən də adi bir insanam. Xalqın içindən çıxmışam. Səhnədə əməkdar artist Gövhər Rzayeva ola bilərəm, həyatda adi biriyəm. Mənəm-mənəm deyənlərin başına Allah bir qapaz vurur ki, çox özündən razı olma! Mənəm-mənəm dediyi sözlərin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən" deyə sənətkar bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 405   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Parkdakı görüntülər QORXU YARATDI: Uşaqları təhlükə gözləyir - FOTOLAR

Valideynlərin övladlarını apardığı oyun parkları ilə bağlı paylaşım narahatlıq yaradıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərədə yaşayan Burçak Yıldırım Orhan adlı qadının valideyn qrupuna uşaq meydançalarında yaranan təhlükə ilə bağlı mesaj göndərilib. Həmin fotoda uşaq meydançalarında oturacaqların

17 may
.

"Niyə boğazına qədər qan içində?": III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi - FOTO/VİDEO

Britaniya kralı II Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib. Rəsmin müəllifi Conatan Yeo olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı "Drapers Hall"d

16 may
.

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, işə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir

18 may
.

Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, sürücü avtomobil hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə zamanı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Xalid Razi oğlu Vəliyev xəsarət alıb

17 may
.

Dəhşətli yanğın ilə bağlı AĞLASIĞMAZ DETAL: Alovları genişləndirmək üçün benzin TÖKÜLÜB - FOTO

Almanıyanın Düsseldorf şəhərində binada dəhşətli yanğın baş verib və hadisə iləbağlı səfşətli detallar məlum olub. xarici mənbəyə istinadən xəbər verir ki, sözügedən dəhşətli hadisə 3 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub. Prokurorluqdan verilən açıqlamada bir məqam isə xüsusi diqqə

18 may
.

Bakıda ŞOK HADİSƏ: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - YENİLƏNİB + VİDEO

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır. Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər. Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cü

17 may
.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbər

17 may
.

Vəfa Şərifova kimdir? - Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər

"Bioqrafiya" rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir. - Vəfa Şərifova nə zaman və harada anadan olub?. Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub. - Vəfa Şərifova kimin ailəsində böyüyüb?. 1 yaşı olanda anasın

16 may
.

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda dava

17 may