Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, mayın 6-da saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, Altıağac, Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndinin ərazisinə 8-10 mm, Mollakənd kəndinin ərazisinə saat 21:20-də 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30-də 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.
Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/san, Neftçalada 20 m/san, Lerikdə 15 m/san-dək güclənib. "Neft Daşları" stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə bir dərəcəyədək isti olub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 195 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTaksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama
Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib. Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. Sürücülərin əksəriyyət
17 mayBəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb
18 may"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"
"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram". Axşam.az xəbər verir ki, bu sözlər
18 mayEduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh
18 mayƏhaliyə CİDDİ XƏBƏRDARLIQ: çox təhlükəlidir…
Günəşdə baş verən şiddətli fırtınalar Yer kürəsində rəngarəng parıltıya səbəb olmaqla yanaşı, eyni zamanda onun sakinləri üçün birbaşa təhlükə yaradır. Bu iddia ilə Avropa Kosmik Agentliyinin mütəxəssisləri çıxış ediblər. Onların fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri ulduza atılmala
19 mayDərs ilinin bitməsinə 1 ay qalmış şagirdlərə sinif tapılmır - Video
Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində artıq 3 gündür ki, dərslər dayandırılıb. Tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarı
18 mayRəşad Dağlının qızı əməliyyat olundu
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir
18 mayLeysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar
17 may