Şəhid qardaşı: "Otuz ildir ki, gözümüz yollarda idi"

Şəhid qardaşı: "Otuz ildir ki, gözümüz yollarda idi""Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu bildirilsə də, dəfn edildiyi yer barədə məlumat yox idi".

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid Elşad Qayımovun qardaşı Rövşən Qayımov söyləyib.

"Nəhayət, 30 ildən sonra qardaşım doğma kəndində dəfn olunacaq. Təəssüf ki, valideynlərimiz bu günü görmədilər. Atam ötən il, anam isə 40 gün əvvəl dünyasını dəyişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aparılan araşdırmalardan sonra qardaşımın Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib. Aprel ayında bu barədə bizə məlumat verdilər. Elə indi dəfnə hazırlıq işləri ilə məşğulam. Qardaşımın qanı yerdə qalmayıb. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən tam azad etdi. İndi bütün şəhidlərimizin ruhu şaddır", - deyə Rövşən Qayımov söyləyib.

Qeyd edək ki, Elşad Şirin oğlu Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevral ayının 19-da şəhidlik zirvəsinə ucalıb.

Mayın 7-də Elşad Qayımovla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin dəfn mərasimi keçiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 358   Tarix: 06 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Molokan" bağına giriş bağlandı

Bir müddət əvvəl ətrafı avtomobillər üçün bağlanan, Bakının "Molokan" bağı kimi tanınan Xaqani parkı hasarlanıb. Bağa giriş-çıxış bağlanıb, ərazidə təmir işlərinə başlanılıb. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan "Qafqazinfo"nun sorğusuna cava

17 may
.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17 may
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may
.

XƏBƏRDARLIQ! - Leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - BU TARİXƏDƏK…

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometereologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlı

18 may
.

Azərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF

Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götür

17 may
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17 may
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18 may
.

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb

18 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may