"Eldar Mahmudovla mən hər şeyi bilirik, amma..."

"Eldar Mahmudovla mən hər şeyi bilirik, amma..."Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının agentlərin mükafatlandırılması adı ilə dövlət büdcəsindən 1 milyon manat mənimsəmələri epizodu üzrə dindirilən zabitlər nazir Eldar Mahmudovun adını çəkib.

Baş idarənin 1-ci idarəsinin 3-cü şöbəsinin sabiq rəisi, hazırda həbsdə olan Natiq Alıyevin general Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından ümumilikdə 600.000 manat götürdüyü müəyyən olunub.

N.Alıyevə bu barədə ifadə vermək təklif olunanda o, həmin pulların kimə və hara verildiyi barədə vəkilinin iştirakı olmadan məlumat verməyəcəyini bildirib:

"Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi, general Sübhir Qurbanovdan soruşun. Verdiyiniz sualların şəxsən mənə aidiyyəti yoxdur. Mən o, pulları götürməmişəm. Mənə deyiblər ki, bu pullar rəsmi tədbir ilə əlaqədar xərclənir. Kassadan mənim təşəbbüsüm ilə 150.000 pul verməzdilər. O pulları mənə kim verərdi? Bunlardan birmənalı mənim xəbərim yoxdur. Ola bilər kassadan sənədi gətiriblər imza etmişəm, amma mən pulu görməmişəm. Gedin Sübahir Qurbanovdan soruşun".

Aşkarlanan bu cinayət əməli ilə bağlı baş idarənin 1-ci idarəsinin sabiq rəisi, hazırda həbsdə olan Fizuli Əliyevə də ifadə vermək təklif olunsa da, o, Sübahir Qurbanovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından götürdüyü ümumilikdə 200.000 manat pulun kimə və hara verildiyini barədə yazılı izahat verməkdən imtina edib:

"Xahiş edirəm qoyulan sualların cavablarını həmin baş idarənin keçmiş rəisi Sübahir Qurbanovdan soruşun. Bu məsələni keçmiş nazir Eldar Mahmudov da bilir. Mənim tərəfimdən heç bir mənimsəmə olmamışdır. Mən tapşırığı icra etmişəm. Hər şeyi bilirəm, lakin bu haqda danışmayacam".

Qalan pulları kassadan götürən MTN əməkdaşları, şöbə rəisi Elnur Həmidbəyli, baş əməliyyat müvəkkilləri Emin İmaməliyev və Rüfət Abdullayev bildiriblər ki, öz agentlərinə 100 min mükafat aldıqlarına dair qəbz imzalatdırıblar. Lakin qəbzi və pulu Füzuli Əliyevə veriblər.

İstintaq yüzminlərlə mükafata qol çəkən 9 nəfər agentlə nəzarət görüşləri keçirib. Onların hər biri həmin məbləğlərdə pul vəsaitlərini almadıqlarını, lakin baş idarənin müvafiq əməkdaşlarının tələblərinə və həmin pul vəsaitlərinin guya digər vacib əməliyyat tədbirlərinə istifadə olunacağı barədə onların izahlarına inanaraq həqiqətə uyğun olmayan qəbzlər yazdıqlarını bildiriblər.

Mənbə: qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3292   Tarix: 04 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Qətldə şübhəli bilinən şəxs tutuldu

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlunun qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılıb. O, istintaqa təhvil verilib. Qey

11 mart
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Prokuror "Qurtuluş 93"ün sahibinin kürəkəninin cəzasının ağırlaşdırılmasını istəyir

Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub. -ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 7-nə təyin edilib. Şikayət hakim Həsən Əhmədovu

5 mart
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. "Qafqazinfo" Hüseyn Abdullayevin yeni cinayət işinin detalların

11 mart
.

Daha bir qadın öldürüldü - Əri intihara cəhd etdi

Qobustan rayonunda 1982-ci il təvəllüdlü Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən G. Sadıqovanın həyat yoldaşı 1973-cü il təvəllüdlü Cabbarov Mürsəl Əlislam oğlu hadisədə

2 mart