DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir.

BAKU.WS-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir:

"Yağışlı havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalardan da ehtiyatlı olmaq, avtomobil yoluna çıxmamaq, yolları onlar üçün ayrılan piyada keçidlərindən keçmək xahiş olunur".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində deyilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur. Bunun üçün vətəndaş belə bir halla qarşılaşan zaman 102 xidmətinə və yol polisinin 902 xidmətinə müraciət edib, əraziyə polis çağıra bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 518   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

17 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılacağı tarixlə bağlı açıqlama verib. Nazir bu barədə qatıldığı "TGRT Haber"in canlı yayımı zamanı danışıb. "Hər bir dəhlizin tutumu var. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ olaca

18 may
.

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Məşhur tikinti şirkətinin 5 milyon manata yaxın vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, "MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4926139.88 manat vergi borcu var. Şirkəti

17 may
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

18 may
.

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Zəngilan rayonunun Mincivan qəsəbəsində 2040-cı ilədək 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. "Report" xəbər verir ki, Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə

18 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Yaşlı qadını döyüb pulunu əlindən aldılar -Saxlanılan var

Oğuzda quldurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib. Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsini

18 may
.

Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. icmalı təqdim edir

19 may