"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTAT

"İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək" - DEPUTATXəbər verdiyimiz mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü Almatı şəhərində keçiriləcək:

"Bu gün danışıqlar masasında yalnız Azərbaycanın şərtləri müzakirə olunur. Delimatasiya prosesi arzulanan formada davam etdirilir. Mayın 10-da Almatı şəhərində keçiriləcək görüşdə növbəti delimitasiya prosesi və sülh müqaviləsinin şərtləri müzakirə olunacaq. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü hər iki ölkə üçün olduqca əhəmiyyətlidir. Çünki keçirilən görüşlərin hər biri bundan sonrakı münasibətlərin formalaşması üçün önəmlidir".

Deputat qeyd edib ki, ilk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək:

"Mayın 10-da keçiriləcək görüşdə tərəflər arasında müzakirə olunacaq mövzu ilk növbədə sülh müqaviləsinin işlənməsidir. Sülh müqaviləsi ilə yanaşı Almatıda müzakirə ediləcək məsələlər içərisində sərhədlərin delimitasiyası və demarkasiyası da var. Artıq Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması məsələsi razılaşdırılıb. Mayın 15-ə kimi həmin kəndlər boşaldılmalıdır. Nəzərə alaq ki, Qazaxın 3 kəndi və Kərki hələ də Ermənistanın işğalı altındadır. Ona görə də düşünürəm ki, iki ölkə arasında müzakirə olunan məsələlərin ortaq məxrəcə gətirilməsinə böyük ehtiyac var. Ümid edirəm ki, Ermənistanın işğal altında digər kəndlər də tezliklə Azərbaycana geri qaytarılacaq. Hesab edirəm ki, danışıqların intensiv getməsi tezliklə sülhün əldə olunması ilə nəticələnəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 367   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

18 may
.

XƏBƏRDARLIQ! - Leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - BU TARİXƏDƏK…

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometereologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlı

18 may
.

"Mehr" agentliyi İran Prezidenti ilə bağlı məlumatı SİLDİ

"Mehr" agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib. Bu barədə TASS məlumat yayıb. Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahia

19 may
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18 may
.

Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb. icmalı təqdim edir

19 may
.

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən narahat edir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki paylaşımında deyilir

19 may
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18 may
.

İbrahim Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. xəbər verir ki, "Fars" xəbər agentliyi Rəisini daşıyan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyini və Rəisinin quru yolu ilə Təbrizə getdiyini açıqlayıb. Dövlət televiziyası həmçinin qəz

19 may
.

SON DƏQİQƏ! Xameneinin kabinetində fövqəladə iclas KEÇİRİLİR

İran Milli Təhlükəsizlik Şurasının dini lider ayətullah Əli Xameneinin kabinetində fövqəladə iclası başlanıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterini

19 may