Bu tələbələrə güzəştlər ediləcək

Bu tələbələrə güzəştlər ediləcək"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq".

Sonxeber.az APA-ya istinadən bildirir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, 10 ay ərzində ali təhsil müəssisəsi qurmaq çoxambissiyalı məqsəddir:

"İnanıram ki, bunun öhtəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir, plandan geri qalmırıq. İşlərimiz bir neçə istiqamətdə gedir. Böyük bir istiqamət infrastrukturu hazırlıq səviyyəsinə gətirib çıxarmaqdır. Bilirsiniz ki, Qarabağ Universitetində həm yataqxana, həm tədris binaları müəyyən edilib. Tələbələrin asudə vaxtını keçirməsi üçün də əsaslı şəkildə işlər görürük. 800-1000 tələbənin Qarabağ Universitetində ali təhsilə başlaması özü-özlüyündə əla nəticədir. Bu il Universitetə qəbul mümkün olmalıdır, sentyabrın 15-də təxminən 1000 tələbənin orada olmasını hədəfləyirik. Amma burada kəmiyyətlə bərabər keyfiyyət də önəmlidir. İstəyimiz budur ki, həqiqətən də gənclərimiz Qarabağ Universitetinin mənəvi qürur mənbəyi elementini də anlasınlar. Eyni zamanda, Qarabağ Universitetinə keyfiyyətli təhsil almaq üçün ən yüksək nəticə göstərən tələbələr gəlsin".

Nazir qeyd edib ki, artıq qəbul planı artıq var, 6 fakültə üzrə işlər planlaşdırılır:

"Bu il pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə olacaq. Çünki Qarabağ musiqi və incəsənət beşiyidir. Gələcəkdə turizm və incəsənət, musiqi sahəsində olan fakültələr Şuşada fəaliyyət göstərəcək. Amma bu il Xankəndi şəhərində yerləşəcək. Tələbələrimizə çox geniş güzəşt paketi veririk, bu da onları sevindirəcək. Hər bir tələbə üçün universitetdəki təhsil ödənişsiz olacaq. Tələbələrə dövlət sifarişi ilə oxuduqlarına görə təqaüd ödəniləcək. Hər bir tələbə pulsuz şəkildə ən yüksək keyfiyyətli yataqxanalarla təmin olunacaq. Düşünürəm ki, xüsusilə bölgələrdən oxumağa gələnlər üçün bu, ailələrinə əlavə yük idi. İxtisaslar üzrə bəlli bir baldan yuxarı bal toplayan - yəqin ki, hüquqşünaslıq və mühəndislik ixtisaslarında bu 500 baldan yuxarı olacaq - tələbələrə əlavə təqaüdün ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, ilk il olduğu üçün hər bir qəbul olan tələbəyə universitet tərəfindən kompüter hədiyyə olunmasını planlaşdırırıq. Çünki proqramlarımızı elə formalaşdırmışıq ki, hər bir tələbənin mütləq kompüteri olmalıdır. Bunu dövlət qarşılayacaq. Məncə, bu güzəşt paketi də tələbələrin seçimində rol oynayacaq. Amma yenə də istəyərdim ki, abituriyentlərimiz Qarabağın gələcəyi, Azərbaycanın inkişafının lokomativi olacaq bu universiteti seçsinlər. Təbii ki, birinci il hamı üçün çətin olacaq, bizim üçün də, müəllimlər üçün də, tələbələr üçün də müəyyən qədər çağırışlarla dolu bir il olacaq. Mərhələlərə bölmüşük, birinci mərhələ sentyabrın 15-nə qədərdir. Bu vaxta qədər infrastruktur, müəllim, tələbə, qəbulun aparılması, orada ictimaiyyətin qurulması mərhələsidir. Sentyabrın 15-dən tələbələrlə və müəllimlərlə ikinci mərhələmiz başlayır. Yerli, aparıcı universitetlərimiz də bizə çox yaxından kömək edir. Sentyabrın 15-dən iyunun 15-nə qədər hər bir mərhələni hər bir tələbə ilə keçib öyrənmə prosesimiz olacaq. Nəhayət növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbəyə çatmağı düşünürük. Buranın kifayət qədər tədqiqatyönümlü universitet olmasını planlaşdırırıq. Növbəti mərhələlərdə daha çox təbiət, kompüter elmləri, riyaziyyat və ümumiyyətlə hesablama kimyası, biologiyası yönündə qurulmuş proqramları planlaşdırırıq. Çox ciddi şəkildə xaricdə çalışan alimlərimizlə də işləyirik və onlar mütəmadi şəkildə həm Xankəndi şəhərində, həm onlayn şəkildə bizimlə işləyirlər. Bütün qüvvələri səfərbər edib Qarabağ Universitetini qısa bir zaman ərzində Azərbaycan təhsilinin yeni bir səhifəsinə çevirməyə çalışırıq. Başqa bir alternativ seçimimiz də yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 259   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"

"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir". AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19 may
.

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb

18 may
.

93,5 balla ölkə birincisi oldu - FOTO

Magistraturaya qəbul imtahanlarının II cəhdinin esse nəticələri açıqlanıb. -in "Qaynar xətti"nə daxil olan məlumata görə, nəticələrə görə Günay Quliyeva 93,5 balla ölkə birincisi olub. Məlumat üçün bildirək ki, Günay Quliyeva Bakı Dövlət Universitetinin tələbəsidir

18 may
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətulla

19 may
.

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: çox təhlükəlidir…

Günəşdə baş verən şiddətli fırtınalar Yer kürəsində rəngarəng parıltıya səbəb olmaqla yanaşı, eyni zamanda onun sakinləri üçün birbaşa təhlükə yaradır. Bu iddia ilə Avropa Kosmik Agentliyinin mütəxəssisləri çıxış ediblər. Onların fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri ulduza atılmala

19 may
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18 may
.

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE

General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. yeni komandanın dosyesini təqdim edir:. Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərd

18 may
.

Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

"Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir". AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası"

19 may
.

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi evin tikintisi nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib. Bildirili

18 may