"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib.
"Eduaz.com" platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun "iştirak" və ya "müvəffəqiyyət" sertifikatı əldə edir.
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 147 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda məcburi icbari təhsil sistemi 11 illik olsun - TƏKLİF
Bu gün qızların erkən nikaha cəlb olunması fiziki, cinsi, iqtisadi və emosional zorakılığın formalarını əhatə edir. Regionlarda bununla bağlı ciddi problemlər mövcuddur. Qızlar erkən yaşda nikaha məcbur edilir və uşaq yaşlarında ana olurlar. Buna nümunə olaraq Salyanda baş verən hadisəni nümunə götür
17 mayRəşad Dağlının qızı əməliyyat olundu
Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir
18 mayYeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE
General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. yeni komandanın dosyesini təqdim edir:. Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərd
18 mayMəşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu
Məşhur tikinti şirkətinin 5 milyon manata yaxın vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, "MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4926139.88 manat vergi borcu var. Şirkəti
17 mayPensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı
Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs
18 mayİlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB+FOTO
Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:01. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlə
19 mayBir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar
Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım
17 may