Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTOBəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Bu barədə Sonxeber.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir.

15:40
Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verib.

Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri "Black Jack" viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.

Saat 04:50-də isə təcili tibbi yardıma müraciət edilib.

TƏBİB-dən bildirilib ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50-də Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir. Hazırda araşdırmalar davam etdirilir.

15:01

Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüdlü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

14:26

Bakıda, məşhur hotellərin birində zəhərlənən iki nəfərin - Xəzər Cabbarlı və Nicat Cabbarlının son durumu açıqlanıb.

Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxs Toksikologiya şöbəsinə qəbul edilib.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

13:58

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTOBakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTOBakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTOBakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4614   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu il ali məktəblərə qəbul balı arta bilər?

"Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq". Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. "Eləc

18 may
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18 may
.

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: çox təhlükəlidir…

Günəşdə baş verən şiddətli fırtınalar Yer kürəsində rəngarəng parıltıya səbəb olmaqla yanaşı, eyni zamanda onun sakinləri üçün birbaşa təhlükə yaradır. Bu iddia ilə Avropa Kosmik Agentliyinin mütəxəssisləri çıxış ediblər. Onların fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri ulduza atılmala

19 may
.

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar

17 may
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

18 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17 may
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləy

18 may
.

"Bəlkə də Yaşar Nuri məni həqiqətən sevirdi"

"Elə bilirlər paxıllıqdan deyirəm, amma Azərbaycan serialına baxmıram. Türk seriallarına baxıram. Türkiyədə qayda var ki, bir serialda oynayan aktyor ikinciyə gedə bilməz. Bizdə isə açırsan ki, indi buradadı, sonra başqasında. Deyirəm, başımı niyə yoruram". Axşam.az xəbər verir ki, bu sözlər

18 may