"Yalnız bu dəyişiklikdən sonra sülh danışıqlarına getmək olar" - Ekspert

"Yalnız bu dəyişiklikdən sonra sülh danışıqlarına getmək olar" - EkspertAlmatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə, Almatı Bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü zamanı müzakirə olunacaq.

Məsələ ilə bağlı hərbi eskpert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, yaxın zamanda sülh müqaviləsini imzalanacağını gözləmirəm:

"Azərbaycan və Ermənistan arasındakı delimitasiya məsələsi məhz Almatı Bəyannnaməsi ilə həyata keçiriləcəyini düşünmürəm . Çünki bu bəyannamədə müəyyən şərtlər varki, həmin şərtlərə görə müəyyən ərazilər Ermənistana daxil ola bilər. Azərbaycan sərhədlə bağlı fikirlərini açıq şəkildə bildirib. Təbii ki, sərhədlər Azərbyacanın tələb etdiyi kimi olacaq. Yaxın zamanda sülh müqaviləsini imzalanacağını gözləmirəm. Bunun üçün Rəsmi Bakının əsas tələbi olan Ermənistan konstitusiyasında müstəqillik aktının dəyişdirilməsi ilə bağlıdır. Bu dəyişiklik ediləndən sonra hansısa sülh danışıqlarına getmək olar. Delimitasiya prosesi də xeyli vaxt alacaq".

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqiq gündəliyi açıqlanmır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 710   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Sülhlə bağlı müəyyən narazılıqlar aradan qalxıb, Cenevrə görüşü yeni əlaqələr yaranmasına səbəb olacaq" - Politoloq

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasınd

14 may
.

Aqil Abbas: "Yaşı 70-i ötmüş bütün deputatları bir yerə yığıb güllələmək lazımdır"

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkisinin nə vaxt keçiriləcəyidir. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir. İddialara görə, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdə

14 may
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17 may
.

Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub - VİDEO

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub. "Report" xəbər verir ki, medal Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı təqdim olunub. Həmçinin, bir qrup ru

15 may
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18 may
.

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE + FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub. yeni təyin olunan rəisin dosyesini təqdim edir:. Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur. Əslən Laçın rayonundan olan M.Məmmədo

13 may
.

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini

13 may
.

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb - FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Şəhidlər xiyabanını ziyarət edib. AZƏRTAC xəbər verir ki, Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətə

16 may
.

Paşinyan Azərbaycanla imzalanan protokolu böyük uğur adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycanla Ermənistan arasında Tavuşda delimitasiyaya dair imzalanan protokolu böyük uğur adlandırıb. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb. Onun sözlərinə görə, bu

16 may