"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxış edərək məhkəmədən Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay və Elçin Əliyevin 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 429 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLeysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq mayın 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar
17 mayPensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı
Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs
18 mayEduard Məmmədov 11-ci dəfə Dünya Kubokunun qalibi olub
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov 16-19 May Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası Üzrə Dünya Kubokunda "master class"kateqoriyasında 63 kq çəki dərəcəsində "Ligh
18 mayBəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
Mayın 18-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb
18 mayDİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc
18 may