"Əzrail"i hazırlayıb getdim müharibəyə":"Başını burax" burada hazırlanıb

"Əzrail"i hazırlayıb getdim müharibəyə":"Başını burax" burada hazırlanıb"5 yaşım vardı. Soyuducunun üstündə plastilin tapdım. Elə ondan bəri gedir".

İncəsənətin məkanındayıq, "Başını burax"ın yarandığı yerdə…

Lent.az bu yazısında plastilinlə hazırladığı güldən sonra incəsənət həyatına atılan heykəltəraş Fərid Məmmədovdan danışacaq.

Gənc heykəltəraşımız mərkəzi küçədə yerləşən binaların birindəki evi özünə emalatxana edib. Binanın qapısı o qədər hündür idi ki, sanki buludlara dəyəcəkdi. Qapının girişində elə Fərid Məmmədov bizi qarşılayır. Dar pilləkəndə qalxdıqca, emalatxananı balaca, necə deyərlər, xudmani olduğunu düşünürdüm. Amma reallıq məni yanıltdı.

Emalatxananın dar, təxminən 30-40 sm-lik qapısından keçəndən sonra, böyük bir dünya açılır. Heykəltəraşın dediyi kimi: Ətraf üçün kiçik, onun üçün böyük dünyadır orası.

Məkan abstrakt heykəllər, bürc fiqurları, əl əməyi olan insan skeletləri ilə örtülmüşdü. Elə yuxarıda dediyim "Başını burax" heykəli də adı kimi "baş köşədə" dayanmışdı. Bu əsər barədə bir az sonra danışacağıq.

İndi isə heykəltəraşımızı daha yaxından tanıyaq. Özü barəsində bunları deyir:

- Mən, Fərid Məmmədov. 1996-cı ildə Gəncə şəhərində anadan olmuşam, yerlibaz deyiləm, azərbaycanlıyam (gülür). 22 ildir bütün həyatım plastilinlə bağlıdır. 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul oldum. 2020-ci ildə Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollandım. Füzulidən Şuşaya qədər döyüş yolu keçdim. "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olundum. Hazırda heykəltəraş kimi fəaliyyət göstərirəm.

Heykəltəraşlığın bakalavrını, magistrini də bitirmişəm. Bir dənə qalıb doktoranturası, onu da gərək görmürəm (ironiya ilə).

- Ailə üzvləriniz bu sənətinizə necə münasibət göstərdilər?

- Atam sağ olsun, dəstək olub həmişə. Amma anam istəməyib. Buna da səbəb Azərbaycanda incəsənətin o qədər pul gətirmədiyini düşündüyü üçündür. Bir yerdən sonra anama haqq qazandırıram. Amma nə olsa da işdən evə gedəndə özümə "Mən niyə bu işdə çalışıram" demirəm. Sevirəm öz sənətimi, bununla xoşbəxtəm, bununla dincəlirəm.

- Əsərləriniz arasında xatirəsi olanı var? Yəni nə isə başınıza gəlib, ondan ilhamlanıb yaratmısınız?

- Bir əl işim var, adı "Başını burax"dı. Canlı efirdə çıxmışdım. Orda aparıcı bu əsərlə bağlı sual verdi. Dedim "Başını burax" (özünü gülmək tutur). Çox qəribə an yarandı. Canlı efirdə həmin söz həm gülüş, həm də çaşqınlıq doğurdu. Özümü toparlayıb aydınlıq gətirdim ki, bəs işin adı "Başını burax"dı.

Bu əsər isə mənim qəza keçirtməyimlə yarandı. Qəzada kəllə-beyin travması aldım, çox xərcimiz çıxdı. Xaricə çıxışıma STOP qoyuldu. Dost, tanış, qohum-əqrəba, hamı mənə "başını burax" deyirdi. Amma başa sala bilmirdim ki, bu qədər şeyin necə başını buraxım? Həm həyatım, həm karyeram puç olmuşdu. Bu sözü də çox eşitdiyim üçün "Başını burax" əsərini yaratdım.

- Bəs, ilk əsəriniz hansıdı? Nə ilə bağlı olub?

- "Qızılgül". İlk əsərimdir. Onu da anam öyrətmişdi. İlk əsər bunu sayıram, çünki elə ondan sonra incəsənətə gəldim. Başa düşdüm ki, heykəltəraşlıq başqa bir dildir. Bunla da sözlər demək olur. Bu sənətdə sözlər kifayət etməyəndə hislərlə də ifadə mümkündür.

- 22 ildi bu elə bu emalatxanadasınız?

- 5 ildir bu məkandayam. Özümə kiçik emalatxana dünyası yaratmışam. Rəssamlıq Akademiyasına qəbul olduqdan iki il sonra gördüm ki, 9-6 iş saatı rejimi mənə bəs etmir. 6-dan sonra da işləmək istəyirəm, amma universitet buna icazə vermir. Elə özümə emalatxana axtarmağa başladım. Bura mənim 6-cı emalatxanamdı. Dəyişməyimə səbəb qonşularla problem yaşayıram. Çünki bəzən olur ki, gecə də işləyirəm. Amma burda 4 divar, bir də mən varam.

- Dostlarınızdan bu sənətə maraq göstərən olub?

- Təbii ki, olub. Amma səbirləri çatmayıb, sənəti sevməyiblər. Özlərinə də deyirəm ki, camaat pul verir öyrənir. Mən sizə pulsuz dərs keçirəm. İstəmirlər.

- Sizcə, sevməməklərinin səbəbi nədir?

- Qaçış. Elə bir dövrdü ki, hamı pul qazanmaq istəyir. Pulla da bərabər rahatlıq axtarırlar. O rahatlığı burda tapırlar, amma pulu yox. Ona görə qaçırlar.

- "Əzrail" adı verdiyiniz bu əsər necə yaranıb?

- Müharibəyə getməmişdən bir gün qabaq düzəltmişəm "Əzrail"i. Xəbərim yox idi müharibəyə gedəcəyimdən. Hazırladım axşam qoydum çölə, gecə zəng gəldi. Elə müharibədən qayıdandan sonra adını "Əzrail" qoydum.

- Salamlaşanda məndən bürcümü soruşdunuz. Bürclərə inanırsınız?

- Bəli, inanıram. Zodiak bürclərinə fikir verirəm. Çox insan bürclərə inanmır. Bürclər insanları tanımağa mənə kömək edir. 12 bürc var. 12 nəfərdən birinin diqqətini çəkəcəyini düşünürəm. Ona görə bürcləri təsvir edən heykəllərə üstünlük verirəm. Eqoya aid heykəlim də var. Elə Qoç bürcü ilə bir işə başlamışam. İstəyirəm ki, hər bürcün özünə aid xüsusiyyətini heykəllərdə əks etdirim.

- Qoçun bir tərəfi niyə qırıqdı?

- O qırıq olan hissə qoçun vicdanlı, mələk tərəfidi. Sağ tərəf mələkdi, sol tərəf şeytan. Sağ tərəf buynuz qırıq olduğu üçün gözü də bağlıdı. Buynuzları isə eqoist, içinə qapanıqlığını göstərir. Üzərində o qədər işləyirəm ki, axırda bürclərə inanmamağa başlayacam (gülür).

- Sizcə, sənətkarın ən böyük problemi nədir?

- Mənə görə, ən böyük problem sənətkar üçün maliyyədir. "Nar içində Bakı" əsərimi vaxtında materiala çevirə bilsəydim, deformasiyaya uğramazdı.

- Sifarişlə əsərlər hazırlayırsınız?

- Bəli, sifarişlərim olur. Amma çox az. Bir dostum var idi. Bacısı xərçəng xəstəliyinə tutuldu. Kimyaterapiya alırdı. Hamı bilirdi ki, rəhmətə gedəcək. Skripka ifaçısı idi. Rəhmətə gedəndən sonra onun büstünü yaratmağı mənə həvalə etdilər. Onun son ifasına qulaq asa-asa mələk büstü düzəltdim. Adını da "Son ifa" qoydum.

Əsərlər arasında Bakını nar içində təsviri, iki Qarabağ müharibəsinin qum saatında heykəli və daha nələr-nələr.

Bu da belə… Problem olanda "Başını burax" deyirlər. Necə olduğunu biz də anladıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1057   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + FOTO

"Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək". Bunu -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

17 may
.

Qorxunc STATİSTİKA: İldə 1200-1300 uşaq 17 yaşa çatmamış ana olur! - AÇIQLAMA

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb. Bu insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Erkən nikahların qarşısının alınması ilə bağlı mübarizələrin aparılmasına baxmayaraq, erkən nikahlar və bu nikahlardan doğulan uşaqların sayı artmaqda dava

17 may
.

"Niyə boğazına qədər qan içində?": III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi - FOTO/VİDEO

Britaniya kralı II Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib. Rəsmin müəllifi Conatan Yeo olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı "Drapers Hall"d

16 may
.

Azərbaycanda yeni seçkiyə hazırlıq gedir? – Qapalı görüşün detalları bilindi

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrini

18 may
.

Bakıda qadını ölümlə hədələyən şəxsə hökm oxunub

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub. -ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlə

17 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17 may
.

Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

1993-cü ildə yayımlanan "Yuranın Parkı" filminə baxıb, "Bu, həqiqətən də baş verə bilərmi? Dinozavrlar nə vaxtsa geri qayıda bilərmi?" deyə düşünmüsünüzmü? Elm adamları bu mövzuda müxtəlif açıqlamalar veriblər!. Dinozavrların aramıza qayıtması ideyası bəziləri üçün çox valehedic

16 may
.

Elza: "Məni tənqid edənlər ailə tərbiyəsi görməyən, dişini yumayanlardır" - VİDEO

"Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, "Tənqid edənləri mən qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar". Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyini

16 may