"TikTok" ABŞ hökumətini məhkəməyə verdi

"TikTok" ABŞ hökumətini məhkəməyə verdiÇinin "ByteDance" şirkəti "TikTok" platformasının satışı və ya qadağan edilməsi ilə bağlı qanun layihəsinə görə ABŞ hökumətinə qarşı iddia qaldırıb.

Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu göstərilib.

Qeyd edk ki, "TikTok"un "milli təhlükəsizliyə təhdid yaratdığı" səbəbiylə qadağan edilməsini nəzərdə tutan qanun Çinin "ByteDance" şirkətinə platformanı təhvil verməsi üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verir. Əks halda, "TikTok" ABŞ-dəki internet proqram mağazalarından silinəcək.

Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları hesab edir ki, Pekində yerləşən "ByteDance" şirkəti "TikTok" vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatları Çin administrasiyasına ötürür.

Eyni zamanda qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığını məhdudlaşdırmaq" mənasına gələ biləcəyini bildirirlər.

"TikTok" rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və platformanın ABŞ-dəki digər sosial şəbəkələr kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini açıqlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 300   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi

Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib. Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb. "Slovakiy

19 may
.

Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın "Kovrovets" minaaxtaran gəmisini məhv edib. Bu barədə Ukrayna HDQ-nin mətbuat xidməti bildirib. Qeyd olunub ki, gəmi gecə saatlarında zərərsizləşdirilib. Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəyəri 60 milyon dollardan artıq ola

19 may
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

18 may
.

Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir

"Sülh tərəfdarı olduğu üçün radikallaşmış bir fanatik tərəfindən Avropa ölkəsinin baş nazirinə sui-qəsd cəhdi başqalarının fikirlərinə dözümsüzlüyün nəticələrinin bariz nümunəsidir. Rusiya və Ukrayna arasında müharibədən yaranan ehtiraslar Avropada nifrət alovlandıranda, sülh üçün səslər silah səslər

19 may
.

Vladimir Putin: "Xarkovu ələ keçirməyi planlaşdırmırıq"

"Rusiyanın hazırda Xarkovu ələ keçirmək planı yoxdur". Bu sözləri Çində səfərdə olan Rusiya Prezidenti Vladimir Putin deyib. V.Putin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində həyata keçirdiyi əməliyyat Ukrayna hakimiyyətinin günahıdır. "Bu, Rusiya regionlarının atəş

17 may
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

19 may
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

18 may
.

Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb

Mayın 21-dən 24-dək Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada bütün dövlət və özəl orta məktəb və kolleclərdə dərslərə fasilə veriləcək. "Report" "France Info"ya istinadən xəbər verir ki, bu barədə yerli hökumət açıqlama yayıb. Qeyd olunub ki, sözügedən tədbir ölkəyə şami

19 may
.

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən yazıçı Yuray Tsintula məhkəmədə günahını etiraf edib. "Report" xəbər verir ki, bu barədə RTVS xəbər portalı məlumat yayıb. Bildirilib ki, prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxan məhkəmə iclasınd

18 may