"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT

"Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub" - DEPUTAT"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qorunub saxlanmasında və ölkəmizin inkişafı yolunda misilsiz xidmətlər göstərib".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoyub:

"Ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycana geri qayıtmasaydı bəlkə də dövlətimiz yenidən hansısa ölkənin müstəmləkəsinə çevrilmişdi. Heydər Əliyevin əsasını qoyduğu müdrik daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan regionda öz sözünü deyən güclü dövlətdir. Ən önəmlisi isə ulu öndər Heydər Əliyev dövlət rəhbəri kimi daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin və xalqın birliyinin əldə edilməsinə də nail oldu. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Həmin dövrdə Ulu Öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyun ayında Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu. O, hakimiyyətdə olarkən dövlətimizi zamanın ən ağır sınaqlarından çıxararaq ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi. Ən önəmlisi isə budur ki, qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu və ümumiyyətlə, bütün sahələrdə inkişafın əsası qoyuldu".

Deputat vurğulayıb ki, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə ərazi bütövlüyümüzü bərpa etdi. Ən önəmlisi isə, 300 ildə ilk dəfə idi ki, işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytardıq. Cənab Prezident İlham Əliyev atasının arzusunu reallaşdıraraq xalqımızı 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Kəkbəcərdə və digər işğaldan azad edilmiş ərazilərdə dalğalandırdı. Əminəm ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevlə dövlətimiz daim inkişaf edəcək və möhtəşəm qələbələrə imza atacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 239   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır

"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır". Bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib. Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib

19 may
.

Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım olunub. Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərlər

19 may
.

Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"

"Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir". AZƏRTAC xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19 may
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətulla

19 may
.

Dərs ilinin bitməsinə 1 ay qalmış şagirdlərə sinif tapılmır - Video

Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində artıq 3 gündür ki, dərslər dayandırılıb. Tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarı

18 may
.

Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir

Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin sərt eniş etməsi barədə xəbərləri diqqətlə izləyir. "Report"xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosia

19 may
.

ƏHALİNİN NƏZƏRİNƏ! Mayın 20-də gecə və səhər...

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-100 metrədək məhdudlaşacağı ehtimalı va

19 may
.

SON DƏQİQƏ! Xameneinin kabinetində fövqəladə iclas KEÇİRİLİR

İran Milli Təhlükəsizlik Şurasının dini lider ayətullah Əli Xameneinin kabinetində fövqəladə iclası başlanıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. İran hökumətinin nümayəndə heyəti Rəisinin helikopterini

19 may
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

18 may