Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT
Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289,4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq "Lexus" markalı 10-MA-133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edib. Saat 06:15-də avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin sabiq müavini, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 558 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək
İraqın Baş naziri Məhəmməd əl-Sudani ölkənin Daxili İşlər Nazirliyinə İran Prezidenti İbrahim Rəisinin helikopterinin axtarışına kömək etməyi tapşırıb. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Agentlik qeyd edib ki, hazırda İranın bütün təhlükəsizlik qüvvələr
19 mayDİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc
18 maySabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləy
18 mayTürkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas
19 mayBagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri ordunun bütün qüvvələrinin, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və polisin prezident İbrahim Rəisinin olduğu helikopterin axtarışına cəlb edilməsi barədə göstəriş verib. Bu barədə İRİB məlumat yayıb. Qeyd edək ki, İran Prezidenti İbrahi
19 may