İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH

İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRHBu gün Azərbaycanda rayonlarının birləşdiirilməsi aktual məsələdir. Qarabağda Böyük qayıdış konsepsiyasına əsasən bərpa-quruculuq dava edirş. Artıq bir sıra bölgələrə prezidentin xüsusi nümayəndələri təyin edilib. Bu baxımdan Qarabağın hansı rayonları bir mərkəzdə birləşdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, inzibati zəmində bölgülərin, sərhədlərin çəkilməsi və rayonların birləşdirilməsi bir neçə vacib parametrləri var. Parametrlər ilk növbədə coğrafi parametrlərdir. O cümlədən əhalinin sayı nəzərə alınır və digər tərəfdən kommunikasiyaların uzlaşması məsələsinə baxılır:

"Bu məsələlərin əsasında iqtisadi və texniki əsasnamə hazırlanmalıdır. Bugünkü vəziyyəti 30-40 il bundan qabaq görmüşdüksə, indi artıq bir çox proseslərdə dəyişiklik var. Rayonların inkişafında, infrastrukturun genişlənməsində, əhalinin artmasında, kommunikasiyaların şaxələnməsində bir çox dəyişikliklər var. Biz bilirik ki, Azərbaycanda geniş islahatlar proqramı həyata keçirilir. İstər-istəməz hər tikilmiş yeni obyekt, istifadəyə verilən infrastruktur layihəsi bu və ya digər tərzdə yeni bir nəfəs gətirir. Ona görə onların hamısı kompleksli şəkildə nəzərdən keçirilməlidir. Qarabağdakı rayonlar ilə əlaqədar hidroloqlar, toponimlər və geofiziklər öz rəylərini bildirməlidirlər. Belə məsələlər ilə bağlı hər hansı bir qərarlar yaxud sərəncamlar verilirsə, onların üzə çıxmasına qədər mütəxəsislərin ekspertiza rəyləri nəzərə alınır. Daha sonra proseslər emal olunur və dövlət komissiyası səviyyəsində son qərarlar verilir".

Politoloqun sözlərinə görə, Qarabağdakı müvafiq rayonlarının birləşdirilməsinə kortəbii yanaşmaq olmaz. Biz görürük ki, iki iqtisadi rayon var. Bunlar Qarabağ və Şərqi Zəngəzurdur. Ola bilsin ki, əsas kimi bu iki inzibati vahid nəzərdə saxlanılacaq:

"Eyni zamanda bunlara bənzər yeni rayonlar formalaşa bilər. Hələ ki, müstəqil tərzdə olan rayonlarımız birləşdirilsin yaxud bölünsün. Yəni bunu belə bilmək olmaz. Bu məsələ son dərəcə həssas bir mövzudur. Əsgər bu günləri sözügedən istiqamətdə verilən hər hansı bir qərar varsa, proses 3-5 ilə yox, uzunmüddətli perspektivdə nəzərdə tutulur. Odur ki, süni şəkildə bu prosesi tezləşdirmək olmaz. Digər tərəfdən proseslərin qarşısını almaq olmaz ki, gedişat ləngisin. Mən elə başa düşürəm ki, ölkənin inkişaf modeli öz-özlüyündə bir çox məsələlərin həllini aktuallaşdırır. O cümlədən buraya daxili və inzibati sərhədlərin dəyişilməsi məsələsi aiddir. Hesab edirəm ki, ən yaxın zamanlarda bu istiqamətdə böyük dəyişikliklərin şahidi olacağıq. Çünki İqtisadiyyat Nazirliyinin tərkibində xüsusi qurumlar var ki, bu istiqamətdə işləyirlər. Onlar öz mülahizələrini ve hesablamarını aparırlar. Bunlar hamısı bir nöqtədə kəsişməlidir ki, sonda dövlət başçısının masasının üzərinə hazır bir variant gəlsin və ona məruzə edilsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1530   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bələdiyyələr ləğv edilərək prezidentin xüsusi nümayəndəlikləri ilə BİRLƏŞDİRİLSİN - TƏKLİF

Bu gün Azərbaycanda bələdiyyələr ilə bağlı vətəndaşlar tərəfindən ciddi narazılıqlar var. Belə yerli özünüidarəetmə orqanı kimi özünü doğrultmadı. Rayon bələdiyyələri hətta vətəndaşların problemlərini belə həll etmir yaxud maraqlanmır. Bu yaxınlarda bələdiyyələrin sayının endirilməsi ilə bağlı xəbərlə

17 may
.

Azərbaycanda doğulan uşaqların sayı niyə azalıb? * VİDEO

Son illər ölkəmizdə doğulan uşaqların sayında azalma müşahidə edilir. Bu barədə Dövlət Statistika Komitəsi məlumatında qeyd olunub. Bəs bir zamanlar çoxuşaqlı ailələrin az qala bəhsə girdiyi ölkəmizdə hazırda uşaq sayının azalması hansı səbəblərdən qaynaqlanır. xəbər verir ki, "Xəbər Ertəsi"

17 may
.

Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?

1993-cü ildə yayımlanan "Yuranın Parkı" filminə baxıb, "Bu, həqiqətən də baş verə bilərmi? Dinozavrlar nə vaxtsa geri qayıda bilərmi?" deyə düşünmüsünüzmü? Elm adamları bu mövzuda müxtəlif açıqlamalar veriblər!. Dinozavrların aramıza qayıtması ideyası bəziləri üçün çox valehedic

16 may
.

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

"Bioqrafiya" rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir. - Faiq Ağayev harada anadan olub, neçə yaşı var?. Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. - Faiq Ağayev harada təhsil alıb?. Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsi

17 may
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18 may
.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbər

17 may
.

Canlı efirdə gərgin anlar: ona gələn gül dəstəsini parçaladı - VİDEO

Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb. xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən qadına keçmiş sevgilisi tərəfindən gül buketi və məktub göndərilib. Qadın ona gələn gül dəstəsini parça-parça edib, bir neçə dəfə yerə çırpıb. Aparıcı və zald

17 may
.

"Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər "layk dəllallarıdır" - FOTO

"Sənət əsərində açıq-saçıqlıq və yolverilməz ifadələr bir fənd olaraq həmişə olub. "İncil"-də "Mahnılar mahnısı" bölümü var, orada indiki baxışla desək açıq-saçıq səhnələr var. Orada qadın bədəninin gözəlliyi bir metafora kimi təsvir olunub. Dünya şöhrətli kinorejissorlar çəkdiklər

16 may
.

Bakıda ŞOK HADİSƏ: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - YENİLƏNİB + VİDEO

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır. Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər. Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cü

17 may