Rəhim Rəhimlinin son vaxtları: öləcəyini bilirdi? - VİDEO

Rəhim Rəhimlinin son vaxtları: öləcəyini bilirdi? - VİDEO"Retro Baku" verilişinin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

"Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi", - aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

"Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı".

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:

"Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, "Maşın şou"ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim "Maşın şou"dan sonra Azərbaycanın sevimlisi oldu". Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər. "Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi", - şair Könül Nazimqızı söyləyib.

Ətraflı süjetdə:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 591   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda öldürücü hörümçəklər satışa çıxarıldı - VİDEO

Son günlər sosial şəbəkələrdə zəhərli tarantulların satışı həyata keçirilir. Bəzi insanlar tərəfindən hobbi olaraq saxlanılan bu hörümçəklərin sancması ciddi ölüm riski yaradır. Ancaq buna baxmayaraq, yenə də bu həşəratlar maraqla qarşılanır, onları alıb evdə saxlayanlar və satışını həyata keçirənlə

18 may
.

Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb

Şirvanda azyaşlı qızdırmadan ölüb. "Report"un Aran bürosunun məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi, 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Əli Xəyyam oğlu Vəliyev Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb. İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarət

20 may
.

"Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib"

"Ermənilər hansısa bir musiqimizi ifa edəndə biz başlayırıq buna etiraz etməyə, cavab verməyə. Biz bir şeyi birdəfəlik başa düşüb anlamalıyıq ki, erməni bunu edib, edir və edəcək də. Tək musiqimizə yox, mətbəximizə də, torpağımıza da bu millət hər zaman təcavüz edib. Əvvəla ondan başlamaq lazımdı

20 may
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb. Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib. "Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb"

20 may
.

Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO

Baku TV-nin efirində Gülnar Muradovanın təqdimatında yayımlanan "Oralarda necədir?" rubrikasının yeni buraxılışı efirə gedib. Bu dəfə okean sahilindəki çimərliklərinə, hündürlüyü 38 metr olan Korkovado dağından qollarını açmış İsa Məsih heykəlinə və məşhur karnavallarına görə adı dillər əzbər

17 may
.

Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...

Erməni bankir: "Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur

20 may
.

Qəzada həlak olan İran rəsmilərinin ADLARI və FOTOLARI

İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb. Bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmi

20 may
.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb - VİDEO

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir

18 may
.

Azərbaycanda yeni seçkiyə hazırlıq gedir? – Qapalı görüşün detalları bilindi

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrini

18 may